Kamran Əliyev 3 rayona prokuror TƏYİN ETDİ

Aktual
20-04-2022, 15:47 116



Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib.

Bununla bağlı Baş Prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Əmrlərə əsasən, Xocalı rayon Prokuror Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib.

Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə tutduğu vəzidən azad olunaraq Tovuz rayon prokuroru təyin edilib.

Baş Prokurorun digər əmri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev Xocalı rayon prokuroru təyin olunub.