İlhamə Abdullayeva addım-addım yüksək vəzifəyə yaxınlaşır
Gündəm / Sosial
Bu gün, 09:03
19
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə İlhamə Abdullayeva Sumqayıt Regional Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Təhsil Agentliyinin şöbə müdiri təyin olunub.
Sumqayıt Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə isə Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Elxan Nəcəfov təyin edilib. Yaxın günlərdə hər iki şəxs yeni vəzifələrinin icrasına başlayacaq.(Bizimesr.info)