107 № li məktəbin fəaliyyəti təqdirə layiqdir

Aktual
20-04-2022, 08:30 121
107 № li məktəbin fəaliyyəti təqdirə layiqdir


Mən bir valideyn olaraq, Bakıxanov qəsəbəsində yerləşən R.Quliyev adına 107 № li məktəbin
direktoru Jalə Məhərrəmovaya , tədris hissə müdiri Ramiz Qaraqurbanova uşaqlarımıza
göstərdikləri qayğıya, məktəbdə yaratdıqları nizam-intizama, yüksək səviyyədə tədrisin
təşkilinə görə minnətdarlığımı bildirirəm. Jalə Məhərrəmova məktəbimizə təyin olunan az bir
müddətdə biz valideynlərin böyük rəğbətini qazanıb. Böyük potensiala malik olan direktorumuz
Jalə xanım demək olar ki, bütün şagirdlər ilə fərdi surətdə işləməkdən yorulmur.
 Biz valideynlər uşaqlarımızı əsil pedaqoq adına layiq olan Jalə xanıma, Ramiz müəllimə
etibar etmişik. Ümumiyyətlə bu insanların rəhbərlik etdikləri müəllim komandasının da
uşağlarımızın tədrisində təlim-tərbiyəsində çox böyük rolu var.
 Mən istəyərdim ki, məktəblərimizin əksəriyyəti Jalə xanımın metodikası ilə tanış olsun və bu
metodikanı həyata keçirsin. Məktəbimizin valideynləri və şagirdləri adından Jalə xanıma,
Ramiz müəllimə və müəllim kollektivinə sonsuz təşəkkürümü bildirirəm.
 
Zurabova Nailə