"İnsan gülüşdən ölə bilərmi?.." - Tibb professoru izah edir...

Aktual
18-06-2022, 20:19 132
"İnsan gülüşdən ölə bilərmi?.." - Tibb professoru izah edir...


Birma kralı Nandabayinin Venesiyada kral olmadığı xəbərini alanda çox güldükdən sonra vəfat etdiyi yazılır. Yəni “gülüşdən ölmək” sadəcə, bir söz birləşməsi deyil.

Bunu  "Arqumentı i faktı" nəşri yazıb.
 
Əslində, Nandabayin öldürülüb. Amma tarix gülüşdən ölüm hallarını da bilir. Belə ki, Martin Araqonski(qədim İspaniya ərazisində kral-S.L.) sevimli saray təlxəyinin zarafatından sonra dünyasını dəyişib və Şotland aristokratı Tomas Urqhart II Karlın taxta çıxması ilə bağlı xoş xəbərdən məyus olaraq ölüb. 
 
“Uzun sürən gülüş daxili plevral və gözdaxili təzyiqi artıra, beyni daxili orqanlarla birləşdirən vagus sinirinin refleks qıcıqlanmasına səbəb ola bilər. Bunun da ürək tutmasına gətirib çıxarması mümkündür”, - deyə  Piroqov İnstitutunun professoru Aleksandr Karabinenko bildirib.
 
"Belə gülüş ağciyərində hava kistası olan insanlar üçün də təhlükəlidir. Onlar partlaya və pnevmotoraksa səbəb ola bilər. Nəticə isə kəskin tənəffüs və ürək çatışmazlığıdır”-deyə professor vurğulayıb.

Moderator.az