Elm və Təhsil Nazirliyi yarım milyona 90 şagird yerlik modul məktəb quraşdırır – Nə qədər şirşirdilib, Valeh Mirzaliyev bilər

Gündəm / Təhsil
Bu gün, 16:09 10


Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi respublika üzrə modul tipli məktəb binalarının quraşdırılması işlərinin satınalınması üzrə keçirdiyi bir neçə açıq tenderə yekun vurub.
Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin satınalınması üzrə 5.603.000,04 manat dəyərində müqavilənin “AS-TƏMİR TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.
Şərtlər toplusuna görə qalib MMC Quba rayonu, Bərqov, Küçeyi, Zizik, Xaçmaz rayonu, Hilovlu, Sərkərli, Manafoba, Xızı rayonu, Fındığan, Goranboy rayonu, Ballıqaya, Qazanbulaq, Nadirkənd, Kəhrizli kənd tam orta məktəblərinin ərazisində 90 şagird yerlik modul tipli məktəb binasının tiinti-quraşdırma işlərini həyata keçirməlidir.
Bağlanılacaq müqavilənin dəyərindən də göründüyü kimi Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi bir ədəd modul tipli məktəbinquraşdırılması işlərinə orta hesabla 509 363 manat dövlət vəsaiti xərcləyəcək.
Respublika üzrə 9 ədəd modul tipli binalarının quraşdırılması işlərinin satınalınması üzrə 4.719.457,49 manat dəyərində müqavilənin “BAKIMEXANİZASİYANƏQLİYYAT” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.
Şərtlər toplusuna görə şirkət Şəmkir rayonu, Çənlibel kənd R.Pirnəzərov adına 2 saylı tam orta məktəbin, Gədəbəy rayonu,Çiçəkli (Arabaçı) kənd S.Qasımov adına tam orta məktəbin, Tovuz rayonu, G.Nəsibov adına Böyük Qışlaq kənd məktəbinin, Tovuz rayonu, Məşədilər, Əhmədli, Tovuz rayonu, E.Orucov adına Bayramlı, Tovuz rayonu, Qovlar şəhər 2 saylı və 3 saylı tam orta məktəbin ərazisində , Quba rayonu, Çiçi kəndində yerləşən 108 şagird yerlik modul tipli ümumi orta məktəb binasının tiinti-quraşdırma işlərini həyata keçirməlidir.
Bağlanılacaq müqavilənin dəyərindən də göründüyü kimi Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi bir ədəd modul tipli məktəbinquraşdırılması işlərinə orta hesabla 524 387 manat dövlət vəsaiti xərcləyəcək.
Bunlardan əlavə Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi tərəfindən 30.10.2026-ci il tarixində Respublika üzrə 20 ədəd modul və 1 ədəd konteyner tipli məktəb binalarının quraşdırılması işlərinin satınalınması ilə əlaqədar dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş müsabiqədə GLOBAL İNŞAAT GROUP” MMC qalib elan olunmuşdur.
Əsasli Tikinti Və Təchizat İdarəsi tərəfindən 30.10.2026-ci il tarixində Respublika üzrə 20 ədəd modul və 1 ədəd konteyner tipli məktəb binalarının quraşdırılması işlərinin satınalınması ilə əlaqədar dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş müsabiqədə AZ-CASPİAN CONSTRUCTİON” MMC qalib elan olunmuşdur.
Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən 14.09.2026-ci il tarixində “Respublika üzrə 10 ədəd modul və 1 ədəd konteyner tipli məktəb binalarının quraşdırılması işlərinin satınalınması” ilə əlaqədar dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş müsabiqədə “VK GROUP N1” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin təchizatçı ilə 6.017.524,41 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub.
Bağlanılacaq müqavilənin dəyərindən də göründüyü kimi Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi bir ədəd modul tipli məktəbinquraşdırılması işlərinə orta hesabla 547 047 manat dövlət vəsaiti xərcləyəcək.
Qeyd edək ki, modul tipli məktəblərdə digər binalarla müqayisədə daha az tikinti materialından istifadə olunur. Modul və konteyner tipli məktəb binalarının quraşdırılmasına o qədər də böyük işçi qüvvəsi tələb olunmur. Hazır konstruksiyalardan ibarət olan məktəblərin özülünə beton tökməyə 2-3 nəfər kifayət edir. Digər konstruksiyaların yığılmasını isə xüsusi texnikaların vasitəsi ilə bir aya yekunlaşdırmaq mümkündür.
Təhsil Nazirliyi belə məktəblərin 1 ay ərzində tikildiyi barədə vaxtılə açıqlama yayıb. Lakin buna baxmayatraq Azərbaycanda bu tikinti-quraşdırma işləri 5 aya qədər uzanır.
Bundan əlavə respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılmasında iştirak edən sahibkarın verdiyi məlumata görə, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində qanunsuzluq, vəzifədən sui-istifadə hökm sürür. Xəbərə görə, Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində keçirilən satınalmalarda korrupsiyaya ilə məşğul olmaq adi haldır. Yəni satınalma proseduru başlamamış artıq bütün işlər nazir Emin Əmrullayevin yaxın çevrəsinə və idarənin rəisi Valeh Mirzaliyevin yaxınlarına aid şirkətlərə verilir. Göründüyü kimi şişirdilmiş qiymətlərlə.

Aktualinfo.net