AQTİ-nin 288 minlik tenderini Qoşqar Təhməzlinin 8 il rəhbərlik etdiyi şirkət uddu - AY MAŞALLAH...

Gündəm
Bu gün, 14:38 12

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Medeks” MMC (VÖEN – 1501173171) olub.
Qida Təhlükəsizliyi İnstitutu “Medeks” MMC-dən laboratoriyada cihaz və avadanlıqların təmiri ilə bağlı mal, texniki baxış və servis xidmətləri satın alacaq və qarşılığında 287 min 817 manat 34 qəpik ödəyəcək.
Qeyd edək ki, tenderin qalibi olan “Medeks” MMC 25 fevral 2008-ci il tarixində vergi qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 1911-də yerləşir. Şirkətin qanuni təmsilçisi Elşən Yusif oğlu Abbasovdur.
Məlumat üçün bildirək ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2008-2016-cı illərdə “Medeks” MMC-yə rəhbərlik edib.