Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"

Aktual
Bu gün, 10:52 17
Culfa rayon icra hakimiyyətinin sabiq başçısı və Naxçıvan Ali Məclisinin sabiq deputatı Ramiz Tağıyev Daxili islər naziri Vilayət Eyvazova müraciət edib. Gununsesi.info-nun xəbərinə görə, Ramiz Tağıyev müraciətində özünün və ailə üzvülərinin təhdid edilməsi haqqında yazıb: “Feysbuk və vatsap səhifələrimizdə agır təhqirlər , böhtanlar , təhdidlər edirlər . Bu işlər hansısa peşəkar xakerlər vasitəsilə etdirilir . Beləki , səhifələrimizə girib , status yerlərimizdə bizə qarşı çox agır ifadələr işlədirlər . Çox hörmətli Cənab Nazir! Sizin ədalətinizə inanaraq Sizə müraciət edirəm ; xahiş edirəm ki , göstəriş verəsiniz ki , məni və ailəmi təhqir , təhdid edənləri , böhtan atanları aşkar edib cəzalandırsınlar”.