MÜZƏFFƏR ZƏFƏRİN SİYASİ MEMARI: İLHAM ƏLİYEVİN LİDERLİYİ, AZƏRBAYCANIN YENİ GEOSİYASİ REALLIQLARI VƏ DÖVLƏTÇİLİK STRATEGİYASI
Cəmiyyət
Bu gün, 13:11
9

SİYASİ ANALİZ
İlk olaraq burdan başlayım ki, müasir və müstəqil Azərbaycanın müasir siyasi tarixində elə mərhələlər var ki, baş verən hadisələri yalnız gündəlik siyasi xəbərlər kimi qiymətləndirmək olmur. Yəni onlara dövlətçilik, milli maraqlar, beynəlxalq münasibətlər və gələcək strateji hədəflər baxımından yanaşmaq lazımdır. Son günlər ölkə başçısı, Prezident İlham Əliyevin iştirakı ilə baş verən hadisələr, verdiyi mesajlar və Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi belə bir siyasi təhlil istəyir.Bu gün Azərbaycan artıq regional proseslərin iştirakçısı olaraq, Cənubi Qafqazın siyasi və təhlükəsizlik gündəliyinə təsir göstərən mühüm dövlətlərdən biridir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ölkənin siyasi mövqeyində yeni mərhələnin başlanğıcı olmuşdur. Məhz bu reallığın formalaşmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, diplomatik və hərbi strategiyanın xüsusi yeri var.Eyni zamanda qeyd etməliyəm ki, müasir dövlətçilik qazanılmış uğurları qorumaq deyil. Yəni əsas məsələ həmin nailiyyətləri davamlı siyasi, iqtisadi və diplomatik üstünlüklərə çevirmək, dəyişən beynəlxalq münasibətlər şəraitində milli maraqları qorumaqdır! Ən mühüm məqam isə siyasi iradə və beynəlxalq mövqedir, belə ki, Azərbaycanın diktə olunan deyil, öz mövqeyini müəyyən edən dövlət olmasıdır həqiqətəndə. Cari ilin Oktyabr ayının 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərini bir daha gündəmə gətirdi. Dövlət başçımızın Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı üzvü olması, regionda yaranmış yeni reallıqlar və ölkəmizə qarşı əsassız diktə cəhdlərinə münasibətdə qətiyyətli mövqeyi barədə fikirləri siyasi baxımdan diqqətəlayiqdir ! Əlbətdə ki, burada əsas mesaj Azərbaycanın öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət yürütməsi dir. Beynəlxalq münasibətlərdə dövlətin mövqeyi yalnız onun iqtisadi və hərbi imkanları ilə deyil, qəbul etdiyi qərarların ardıcıllığı, siyasi müstəqilliyi və diplomatik etibarlılığı ilə də ölçülür. Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar göstərir ki, Azərbaycan qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa açıqdır, lakin suveren hüquqlarına müdaxiləni və milli maraqlarına zidd yanaşmaları qəbul etmir.Mən bunu, müasir Azərbaycan dövlətçiliyinin əsas siyasi prinsiplərindən biri kimi qiymətləndirirəm ! Məqaləmin bu yerində, icazənizlə Türk dünyası və Türkiyə ilə münasibətlərimizə, qardaşlıq, qarşılıqlı hörmət və dövlət maraqlarımıza toxunmaq istəyirəm. Bu son günlərin diqqətçəkən hadisələrindən biri Azərbaycan–Türkiyə münasibətləri ətrafında yaranmış müzakirələri. Cari ilin Oktyabr ayının 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Prezident İlham Əliyev iştirak etmədi. Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil etdi. Bu hadisə bəzi beynəlxalq media orqanlarında iki ölkələrimiz arasında münasibətlərin vəziyyəti kontekstində müxtəlif cür şərh olundu. Bununla belə, Azərbaycan mediasında Prezidentin əvvəlcədən planlaşdırılmış öhdəlikləri olduğu xüsusi vurğulandı.Mən bu hadisəyə münasibətimi emosional yanaşma ilə deyil, dövlət təfəkkürü ilə fikir bildirmək istəyirəm. Qardaş ölkələr Azərbaycan və Türkiyə münasibətləri tarixi, siyasi, iqtisadi, hərbi və mədəni bağlarla möhkəmlənmişdir. Məncə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş bu münasibətlərin ayrı-ayrı məsələlər ətrafında yaranan fikir ayrılıqları fonunda qiymətləndirilməsi düzgün olmazdı.Noyabr ayının 2-də isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana hava məkanından keçərkən Prezident İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdi. Bu jest iki ölkə arasındakı qardaşlıq münasibətlərinin ictimai və siyasi əhəmiyyətini bir daha gündəmə gətirdi. Əsas məsələ isə, qardaşlıq münasibətləri qarşılıqlı hörmətə, suverenliyə və dövlət maraqlarına əsaslanmalıdır. Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqlik regionun sabitliyi və türk dünyasının əməkdaşlığı baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətlərarası münasibətlərdə fikir ayrılıqları mümkündür. Əhəmiyyətli olan isə onların dialoq və qarşılıqlı anlaşma yolu ilə idarə edilməsidir. Azərbaycanın müasir tarixində 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri dövlətçilik baxımından dönüş nöqtəsi oldu. Bu hadisələr ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə nəticələndi.Lakin Zəfər yalnız hərbi nəticə ilə məhdudlaşmır. Onun siyasi əhəmiyyəti Azərbaycanın regiondakı mövqeyinin dəyişməsində, beynəlxalq danışıqlarda yeni reallıqların formalaşmasında və ölkəmizin strateji imkanlarının genişlənməsində özünü göstərir. Elə Prezident İlham Əliyevin son çıxışlarında Azərbaycanın Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaratdığına dair fikirləri də bu kontekstdə qiymətləndirilməlidir. Fikrimcə bu gün qarşıda duran əsas vəzifə qazanılmış suverenliyi möhkəmləndirmək, Ermənistanla münasibətləri beynəlxalq hüququn prinsipləri əsasında normallaşdırmaq və sülh müqaviləsinin icrasını təmin etməkdir. Sülh prosesi yalnız diplomatik sənədin imzalanması deyil. Bu, gələcək nəsillərin təhlükəsizliyi, regional əməkdaşlıq və iqtisadi inkişaf məsələsidir.Birmənalı olaraq vurğulayıram ki, bu gün müstəqil Azərbaycanın mövqeyinin əsasını ərazi bütövlüyünə hörmət, suverenlik, qarşılıqlı öhdəliklər və dövlətlərarası münasibətlərdə bərabərlik təşkil edir. 2026 cı ilin oktyabr ayının 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq platformalarda artan iştirakının mühüm nümunələrindən biri oldu.Forumda müxtəlif ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı Azərbaycanın dialoq, multikulturalizm və mədəniyyətlərarası əməkdaşlıq məsələlərində beynəlxalq müzakirələr üçün platforma rolunu göstərdi. Prezident İlham Əliyevin tədbirin açılışında iştirakı və çıxışı ölkəmizin bu istiqamətdəki siyasətinin təqdimatı baxımından çox əhəmiyyətli idi. Əlbətdə ki,bu cür tədbirlərin siyasi əhəmiyyəti yalnız keçirilən görüşlər və səsləndirilən fikirlərlə ölçülmür. Onlar Azərbaycanın beynəlxalq gündəlikdə mövqeyini təqdim etmək, yeni əməkdaşlıq əlaqələri qurmaq və müxtəlif dövlətlərlə dialoqu genişləndirmək üçün imkan yaradır.Bu məsələni qeyd etməkdə məqsədim bütün bunlar Azərbaycanın xarici siyasətində coğrafi və siyasi istiqamətlərin şaxələndirilməsinin əhəmiyyətini göstərir. Prezident İlham Əliyevin son günlərdəki fəaliyyətində yalnız xarici siyasət və təhlükəsizlik məsələləri deyil, ölkənin sosial-mədəni inkişafı da mühüm yer tutur.Oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalının final mərasimində Prezident İlham Əliyevin və Birinci xanım Mehriban xanım Əliyevanın iştirak edərək qaliblərin mükafatlandırılma mərasiminidə mən xüsusi qeyd etmək istəyirəm.Bu tədbir ölkəmizin beynəlxalq idman məkanında mövqeyinin və gənclər siyasətinin təqdimatı baxımından da böyük əhəmiyyət daşıyır. əhəmiyyətlidir. Bəli ölkəmizdə və dünyada bu gün təşkil olunan idman tədbirləri təkcə yarış və nəticələrdən ibarət deyil.Bu gənclərimizin sağlam həyat tərzinin formalaşması, beynəlxalq ünsiyyət, dostluq və qarşılıqlı anlaşma üçün də mühüm vasitədir. Ölkəmizin belə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qürurverici olmaqla yanaşı, ölkənin təşkilatçılıq imkanlarını, idman infrastrukturunu və beynəlxalq əməkdaşlıq potensialını göstərir. Bəli bütün bu saydığım istiqamətlər bir-birini tamamlayır. Əlbətdə ki, güclü dövlət müdafiə qabiliyyəti və diplomatik mövqeyi ilə, iqtisadi inkişafı, təhsili, mədəniyyəti, idmanı və eyni zamanda da insan kapitalı ilə xarakterizə olunur. Bir neçə cümlə ilə dövlətçilik, siyasi məsuliyyət və qazanılmış mövqeyi qorumaq barədə fikirlərimi bölüşmək istəyirəm. Bilirsiz ki, ölkə başçısı, Prezident İlham Əliyevin oktyabrın 27-də səsləndirdiyi fikirlərdən biri də Azərbaycanın mümkün mürəkkəbləşmələrə qarşı daim diqqətli olması ilə bağlı idi. Elə dövlət başçısının bu mesajı da regional və beynəlxalq proseslərin dəyişkənliyi fonunda təhlükəsizlik məsələlərinin aktuallığını göstərir!Müasir geosiyasi şəraitdə heç bir dövlət əldə etdiyi nəticələri dəyişməz və daimi hesab edə bilməz. Beynəlxalq münasibətlərdə yeni çağırışlar, iqtisadi rəqabət, regional maraqlar və təhlükəsizlik təhdidləri daim diqqət tələb edir. Azərbaycan üçün də əsas prioritetlərdən biri müdafiə qabiliyyətinin qorunması, iqtisadi dayanıqlığın gücləndirilməsi, diplomatik əlaqələrin genişləndirilməsi və milli maraqların ardıcıl Müdafiəsi dir. Mən burada dövlət rəhbərliyinin siyasi məsuliyyəti ilə yanaşı, cəmiyyətin də üzərinə mühüm vəzifələr düşür. Milli birlik, ictimai həmrəylik, qanunlara hörmət və dövlətçilik maraqlarının qorunması sabitliyin mühüm dayaqları dir. Nəhayət dövlətimizin gücü siyasi rəhbərliyin qərarları ilə birgə, həmin qərarların arxasında dayanan institusional imkanlarda və cəmiyyətin məsuliyyətli iştirakında da özünü göstərir. Bu gün artıq prioritet məsələ Zəfərimizin siyasi irsini gələcəyə daşımaqdır. Noyabr ayının 8-də qeyd olunacaq Zəfər Günü Azərbaycanın müasir tarixində xüsusi yer tutur ! Bu şanlı tarix xalqımızın iradəsinin, dövlətimizin gücünün və ölkənin ərazi bütövlüyü uğrunda aparılmış mübarizənin tarixi nəticəsidir. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi nümunəvi rəhbərliyi altında, ölməz şəhidlərimizin qanı və qazilərimizin canı bahasına əldə edilmiş Zəfər Azərbaycanın siyasi tarixində yeni səhifə açdı. Vurğulayım ki, bu Zəfərin əsasını əlbətdə ki, hərbi güc , uzunmüddətli hazırlıq, diplomatik fəaliyyət, müdafiə potensialının gücləndirilməsi və dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji qərarları təşkil etdi. Bu gün isə həmin tarixi nəticələri gələcək nəsillərimizə təhlükəsiz, suveren və inkişaf edən Müstəqil Azərbaycan kimi ötürülməsi əsas məqsədlərdəndir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, yeni infrastrukturun yaradılması və iqtisadi həyatın canlandırılması Zəfərdən sonrakı dövlət siyasətinin mühüm istiqamətlərindən oldu. Deməli, bu Şanlı Zəfərimiz keçmişimizin qürur mənbəyi olmaqla yanaşı, gələcəyin məsuliyyətidir! Bu son günlər Prezident İlham Əliyevin fəaliyyəti ətrafında baş verən hadisələrə nəzər saldıqda bir neçə əsas istiqamətə diqqətinizi çəkmək istəyirəm : ölkəmizin beynəlxalq mövqeyinin təqdim olunması, regional təhlükəsizlik məsələləri, Türkiyə ilə strateji müttəfiqlik münasibətləri, Ermənistanla sülh prosesi, beynəlxalq humanitar dialoq, idman və iqtisadi inkişaf. Məhz bu istiqamətlərin hər biri Azərbaycanın müasir dövlətçilik gündəliyinin fərqli tərəflərini əks etdirir. Əlbətdə ki, fikrimcə, bu mərhələdə ən vacib məsələ tarixi Zəfərin yaratdığı siyasi imkanları davamlı dövlətçilik nailiyyətlərinə çevirməkdir. Bunun üçün güclü diplomatiya, dayanıqlı iqtisadiyyat, müasir müdafiə sistemi, beynəlxalq əməkdaşlıq və milli həmrəylik mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin təhlilində də məhz bu istiqamətlər əsas götürülməlidir. Onun rəhbərliyi dövründə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ölkənin müasir siyasi tarixində mühüm hadisədir. Eyni zamanda, qarşıda dayanan sülh, təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq münasibətlər məsələləri davamlı diqqət tələb edir. Azərbaycanın əsas gücü müstəqil dövlətçilik iradəsində, milli birliyində, tarixi Zəfərində və gələcəyə hesablanmış strateji hədəflərin dədir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş Zəfər Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Sonda xüsusi vurğulayım ki, əsas məsələ tarixi nailiyyətin qorunması və gələcək uğurlarla möhkəmləndirilməsi isə dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifədir. Zəfərimiz qürurumuz, suverenliyimiz fəxrimizdir, Müstəqil və Suveren Azərbaycanımız isə sevgimizdir!
Yeni Azərbaycan Partiyası
Saatlı rayonu 15 s. ƏPT-n sədri, UNEC-n məzunu Vüqar Məmmədov