“Türkiyə istehsalı olan geyimlər 70 faiz bahalaşacaq” - Açıqlama

Dünya
25-06-2022, 10:20 194
“Türkiyə istehsalı olan geyimlər 70 faiz bahalaşacaq” - Açıqlama


“Türkiyə istehsalı olan hazır geyimlər qış mövsümündə 70 faiz bahalaşacaq”.

Bunu “Bloomberg”ə “Gürmen Qrup” İdarə Heyətinin üzvü Zeynəb Doğan deyib.

O bildirib ki, gözlənilən qiymət artımı maliyyə xərclərinin çoxalması ilə əlaqədar olacaq.

“Yun və pambıq kimi əsas xam maddələrdə pandemiyanın başlanğıcından bəri 100 faizə yaxın artım qeydə alınıb. Ona görə maliyyə xərclərini idarə etmək pərakəndə ticarətçilərin bu dönəmdə ən vacib məsələlərindən biridir.

Bu nisbətlər nə istehsalçıların, nə də brendlərin tək öhdəsindən gələcəyi faizlər deyil. Təbii ki, bu qiymət artımları tamamailə istehlakçıya təsri göstərməli faizlər deyil. May ayında qiymətlərdə artım 30 faiz səviyyəsində idi, yayı belə keçirə bilərik, amma qarşıdakı qış mövsümündə keçən qışa nəzərən mən 70 faiz artım gözləyirəm”, - Z.Doğan qeyd edib.