Kılıçdaroğlunun fotosu müzakirələrə səbəb oldu- Türkiyədə seçki öncəsi qalmaqal
Dünya
1-04-2023, 22:45
146
Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərinə namizəd qismində qatılan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu ilə bağlı böyük qalmaqal yaşanır.
İstanbulda bir iftar proqramından sonra çəkilən fotoda Kılıcdaroğlunun ayaqqabı ilə səccadənin üzərində durduğu görünür. Onun yanında isə CHP-nin İstanbul şöbəsinin sədri Canan Kaftançıoğlu və partiyanın digər mənsubları var.
Foto sosial şəbəkədə yayılandan sonra CHP sədri böyük qınaqla və tənqidlə üzləşib.
CHP olayla bağlı açıqlama yayıb: "Çəkiliş zamanı insanlar çox idi və sədrlə foto çəkdirmək istəyənlərin təlaşı səbəbindən yerdəki səccadəni görmədik",-deyə açıqlamada bildirilib.
Lakin CHP sədrinin üzrxahlığı qeyri-səmimi bəyanat kimi qəbul edilib.
Məmləkət partiyasının sədri, prezidentliyə namizəd Muharrem İnce da mövzu ilə bağlı fikir bildirib. O qeyd edib ki, bir din xadimi ilə məsləhətləşib və bunun günah olmadığını öyrənib:
"Bir din alimi ilə məsləhətləşdim, dedi ki, İslam dininə görə ayaqqabı ilə namaz xalçasına ayaq basmaq kimi günah yoxdur. Ancaq qul haqqı yemək, könül qırmaq, digərlərinə yuxarıdan aşağı baxmaq günahdır...”
AK Partiya sədr müavini Həmzə Dağ isə fotonu paylaşaraq bunları qeyd edib:
"Ayaqqabı ilə ayaq basdığın yer müsəlmanların səcdə edərkən istifadə etdiyi səccadədir".
Kılıcdaroğlu isə Twitter hesabından üzrxahlıq edib: "Səccadəni görmədiyim üçün çox üzgünəm. Dünyada kimsəni incitmək istəmərəm. Hələ millətimi - əsla",-deyə tvitdə qeyd olunub.
Musavat.com