Sumqayıt sakinləri şikayətçidir: Bizim müraciətlərimizə baxılmır-Video

Gündəm / Sosial
Bu gün, 11:01 78

Zavoddan yayılan tüstü evlərə dolur…

Yaxınlıqda yaşayanlar hətta tüstüdən zəhərlənənlərin olduğunu da iddia edirlər.

Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 ünvanında məskunlaşan keçmiş məcburi köçkünlər üzləşdikləri problemlə bağlı “Xəzər Xəbər”ə müraciət ediblər:

Ərazidə yaşayanlar problemlə bağlı müxtəlif qurumlara şikayət etdiklərini, ancaq nəticəsinin olmadığını bildirirlər.

Yaranmış problemlə bağlı zavod rəhbərliyindən münasibət öyrənmək üçün həmin ünvana üz tutduq. Bizi zavodun mühafizəçisi qarşıladı. O, suallarımızı cavablandıra bilməyəcəyini bildirdi və məsul şəxsin nömrəsini verdi. Ancaq müəssisə rəhbərliyi zənglərimizə cavab vermədi.

Dövlət Ekoloji Təhləhlükəsizlik Xidmətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticəsi barədə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.