Lerikin icra başçısından Prezidentə ŞİKAYƏT - Ağsaqqallar görüş istəyir...

Gündəm / Aktual
7-05-2022, 10:40 123


Lerik rayonundan bir qrup ziyalı və ağsaqqal ölkə başçısı İlham Əliyevə müraciət edib.

Tereqqi.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, onlar ərizələrini rəsmi qaydada poçt vasitəsilə Prezident Admnistarsiyasına göndəriblər.

Onlar bildiriblər ki, rayondakı problemlərlə bağlı Prezidentlə görüşmək istəyirlər: "Hörmətli Prezident!

Biz Lerik rayonundan bir qrup ağsaqqal, cəmiyyətdə nüfuzlu olan ziyalılar, bir neçə şəhid atası, veteranlar dəfələrlə Sizə rayonda baş verən qanunsuzluq və hansısa "ağsaqqala”güvənərək özbaşnalıqlar edən rəhbərlik” barəsində yazılı şikayətlər göndərmişik. Lakin həmin şikayətlər sizə çatdırılmır”.

Şikayətçilər deyirlər ki, rayon rəhbərliyi onların şikayətlərinə mane olur: "Bu şikayətlərin gizlədilməsi barəsində cənab Süleyman İsmayılova da məlumat verilib. Görünür, kimlərsə Sizinlə xalq arasında narazılıq yaatmaq istəyirlər. Amma buna nail ola bilməyəcəklər”.

Onlar məktublarında qeyd edirlər: "Cənab Prezident, biz belə qərara gəlmişik ki, Prezident Adminstarsiyasına – Sizin qəbulunuza gələk. Xahiş edirik ki, bizi qəbul edəsiniz”.