Küçədən qadın meyiti tapıldı
Gündəm / Hadisə
23-12-2025, 12:19
3 849

Dekabrın 22-si saat 16 radələrində Bakıda küçədən meyit tapılıb.
Hadisə Yasamal rayonu Mustafa Sübhi küçəsində qeydə alınıb.
Belə ki, üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı meyit qadına məxsusdur.
Ölən şəxsin kimliyini müəyyən etmək məqsədilə tədbirlər həyata keçirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.