“Böyük Fırat” Azərbaycandan Qazanır, Azərbaycana Xərcləmir…

Gündəm / Aktual
23-05-2022, 14:54 169


Azərbaycanın qida sektorunda, ictimai-iaşə sahəsində “Büyük Fırat”ın öz xüsusi çəkisi var.

Restoran, dönərxanalar kimi geniş şəbəkəyə sahib olan “Büyük Fırat” qida sahəsinə nəzarət edən dövlət qurumlarının diqqətindən görəsən niyə kənarda qalıb?

Bakının ən gur məkanlarında, metro çıxışlarına yaxın ərazilərdə, şəhərin mərkəzində “lövbər” salan “Büyük Fırat” şəbəkəsi barədə vergi orqanları da sanki görməzlikdən gəlirlər.

Müxtəlif çeşiddə yeməklər, lahmacunlar, dönərlər və digər qidalar hazırlayan “Büyük Fırat” şəbəkəsi artıq Azərbaycan mətbəxində özünə əməlli-başlı yer edib.

Amma müştərilərin narazılıqları da çoxdur. Qidaların hazırlandığı ətlərin mənşəyi bəlli deyil.

Bu məsələ ölkəmizdə çox aktualdır. Çünki hər il ölmüş heyvan cəmdəklərini dönərxanalara satanlar həbs olunsa da yeniləri peyda olur. Ona görə də Azərbaycan istehlakçısı həmişə yediyi dönərin, yeməklərin mənşəyini bilmək istəyir. Təəssüf ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hələ də öz üzərinə düşən vəzifəni yerinə yetirmir.

Görəsən, AQTA niyə bircə dəfə də olsun “Büyük Fırat”da monitorinq aparmır, əhaliyə dürüst məlumat vermir.

Pandemiya vaxtı, karantin zamanı “Büyük Fırat” şəbəkəsinə aid olan obyektlərdə niyə maska taxılmır?

Niyə, bircə dəfə də olsun Vergilər Nazirliyi bu boyda şəbəkənin vergidən yayınmasını araşdırmır?

Bu şəbəkənin obyektlərində çox nadir hallarda kassa aparatına rast gəlmək olar. Bəs onda şəbəkənin vergiləri necə hesablanır?
Bəli, “Büyük Fırat”la bağlı cəmiyyətimizdə suallar çoxdur.

Bir neçə il əvvəl “Büyük Fırat”da çalışan azərbaycanlı gəncin baş nahiyəsindən vurulmasını, sonradan ölməsini demirik.

Bir sözlə, müvafiq dövlət qurumları “Büyük Fırat”da araşdırma aparsa, ortaya böyük faktlar çıxacaq.Bakisesi.com