Prezidentin həyata keçirdiyi struktur və kadr islahatı bir nümunədir - ŞƏRH

Gündəm / Ölkə
25-06-2022, 09:07 191


Diqqətinizi ilk olaraq hazırda dünyanı cənginə alan,bir sıra böyük inkişaf etmiş ölkələrin iqtisadiyyatını çökərdən, beynəlxalq bazarlarda inflyasiyanın tüğyan etdiyi bir vaxtda,Prezident İlham Əliyevin ölkədə apardığı balans siyasətinin qısa müddət ərzində uğurlarına çəkmək istəyirəm.İstər Pandemiya dövründə, istərsədə dünyada artıq tək ölkə olaraq COVİD 19 virusunun məhv edildiyi ölkə olan Azərbaycanda hazırda,bu görünməz ölüm olan COVİD19 -n İqtisadiyyatımıza vurduğu zədədən sonra, 44 günlük müharibədə,düşmən üzərində tarixdə görünməyən Ümummilli Zəfərimizdən sonra,hazırda bölgədə baş verən müharibə vəziyyətində,yürüdülən həm siyasi, həm də iqtisadi siyasətin nəticəsi olan ictimai-siyasi sabitliyi böyük uğurumuz kimi qiymətləndirirəm.Bu nəticəni hazırda bölgədə xaosun hökm sürdüyü ölkələrdə açıq, aşikar görmək mümkündür.Lakin İqtisadiyyatımızın dinamik inkişafının isbata ehtiyyacı olmadığı kimi və nəzarət altında idarə olunmas qeyd etdiyim kimi, bu nəzarətdən çıxması üçün hər seyi edən, hər imkandan və fürsətdən istifadə edən güc dövlətlərinin mənfur siyasətinidə xüsusi vurğulayıram.Lakin hal-hazırda bölgədəki gərgin vəziyyətdə,dünyanın super güc dövlətlərinin maraqlarının təmini bu gün artıq güc və müharibə yolu ilə müəyyən edildiyi zamanda ölkəni ictimai-diyasi sabitliklə və iqtisadiyyatını stabil, dinamik inkişaf etdirmək yalnız İlham Əliyev kimi bir təcrübəli və qətiyyətli Liderin sayəsində mümkündür.Prezident yürütdüyü və alternativi olmayan daxili və xarici siyasətlə artıq Xalqının,sevgisini, dəstəyini qazanmış,qəlbində özünə daimi yer tutmuşdur.Ali Baş Komandan son 200 illik tarixmizdə mümkün olmayanı, mümkün etmişdir,30 ilə yaxın düşmən taptağında olan torpaqlarımızı qəhrəman Ordumuzun şücayəti ilə azad etmişdir.
"Aparılan islahat və struktur dəyişikliyi bu gün zamanın tələbidir !"
Son vaxtlarda idarəçilikdə möhtərəm Prezidentin yeniliyin,müasirliyin tələbi olan kadrların gəncləşməsinin təmin olunması siyasəti alqışa layiqdir.Təsadüfi deyildir ki,hakim partiya YAP-nın şüarı "dəyişək, inkişaf edək" -dir.Bu şuar Partiyamızın sədri, Prezident İlham Əliyevin təşəbbüsüdür.Ümumiyyətlə son illərdə bu modelin uğurlu nəticələrini əldə edən hakimiyyət böyük irəliləyişlər əldə etmiş və yaranmış iqtisadi krizə,işbazların süni qiymət artımına son qoymaq üçün müxtəlif tədbirlər görür.Lakin bazar İqtisadiyyatı şəraitində bu elədə asand deyil,ama mümkündür.Belə ki, xatirinizdədirsə Prezident İlham Əliyev gözlənilən ixtisarları,struktur dəyişikliyini aparmaqla və xüsusilə bu dəyişikliyin mərhələlərlə,gəncliyi ilə yanaşı kadrların təhsilinə və təcrübəsinə diqqət etməsi, səbrlə ciddi seçim etməsi həmin kadrların bir mütəxəssis formalaşmağını göstərir. Onlar müstəqil və bütöv Azərbaycanın gələcəkdə müasir,beynəlxalq standartlara uyğun,mükəmməl idarəedilməsində müstəsna rol oynayacaqlar.Mən bu kadr islahatında və seçimində ölkədə bütün sahələrin dinamik inkişafında cənab Prezident İlham Əliyevlə çiyin-çiyinə duran,
Birinci Vitse-prezident Mehriban Əliyevanın xüsusi bacarığını və rolunu vurğulamaq istəyirəm.Mehriban xanımın xüsusilə qayğıkeş və eyni zamanda tələbkar bir Lider olması Onun cənab Prezidentin tövsiyyəsi və Azərbaycan xalqının sosial-sifarişi ilə Birinci vitse-prezident vəzifəsinə təyyinatından sonra açıq-aşikar göründü. Şübhəsiz bu vəzifəyə təyyinatınadək Mehriban xanım istər millət vəkili olarkən, istərsədə müstəqil Azərbaycanın memarı Ulu öndər Heydər Əliyev adına Fondda öz şəffaf və dürüst fəaliyyəti ilə xalqımızın sevgisini qazanmışdır. Hazırda isə bu şəffaflıq cənab Prezidentlə birlikdə aparılan uğurlu islahatlarda və kadr dəyişikliyində özünü göstərir.Birinci vitse-prezident Mehriban xanımın bu islahatlar barədə son fikirləri və qərarı onu göstərdi ki, hazırda aparılan kadr və struktur islahatlarının alternativi yoxdur və onlar bundan sonrada davam edəcəkdir.Birinci xanımın bu təşəbbüsü ölkədə bütün sahələrdə aktivliyi dinamik olaraq artırdı və bu islahatların effektivliyi, onun daimi olacağını,daha da dərinləşəcəyini göstərdi.
Birmənalı olaraq,ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanımın atdığı bu addımların, islahatların əsas məqsədi dövlət İdarəçiliyinin səmərəliliyini maksimum təmin etməkdən ibarətdir. Diqqətinizi bu yerdə İdarəçilikdə "ASAN xidmət" modelinin seçilməsi və onun universal inkişaf etdirilməsi də məhz bu ali məqsədi şəffaflığı və dürüstlüyü həyata keçirtməyi,reallışdırmağı nəzərdə tutur. Ümumiyyətlə bir-birinin fəaliyyətini təkrar edən strukturların,ordakı ştat vahidlərinin və ya ayrıca götürümüş bir dövlət idarəetmə müəssisəsində vəzifələrin bir-birinə uyğunluğu səbəbindən ixtisar edilməsi,həmin vəzifələrdə 30 ildən artıq bir müddətdə fəaliyyəti olan kadrların hətta təqaüd yaşından sonra əmək fəaliyyətini davam etdirməsi şübhəsiz şəffaf fəaliyyətə kölgə salırdı.Lakin onların təcrübəsindən səmərəli istifadə etmək, gənc kadrların formalaşmasında istifadə etmək reallıqdır.Aparılan uğurlu sruktur və kadr islahatlarının bu gün artıq uğurlu nəticələrini müzakirə edirik.Prezident Admnistrasiyasında ciddi kadr dəyişiklikləri bütövlükdə idarəçilikdə çevikliyin və şəffaflığın maksimum təmin edilməsini təmin etdi.Hazır ki,vəziyyətdə, dönəmdə isə bu çox mühüm məsələdir.
Yeri gəlmişkən qeyd edim ki, ölkəmizdə ilk dəfə olaraq və beynəlxalq standarta uyğun Vitse-prezident İnstitutunun təsis edilməsi, xüsusilə kifayət qədər təşkilatçılıq bacarığı, təcrübəsi və savadı olan Mehriban xanımın xalqın istəyi ilə birinci vitse-prezident vəzifəsinə təyin olunması,bu aparatın formalaşması ölkədə idarəçilikdə böyük inkişafı təmin etdi.Ölkəmiz artıq bölgənin ən qüdrətli dövlətlərindın birinə çevrilib və ona ölkə iqtisadiyyatını daha sürətli inkişafını təmin etmək,regional əhəmiyyət kəsb edən nəhəng transmilli layihələri reallaşdırmaq üçün üçün çevik dövlət idarəetmə aparatı formalaşdırmaq çox vacibdir.Eyni zamanda bu islahatlar qeyd etdiyim kimi idarəçiliyin daha da təkmilləşdirilməsi sahəsində qarşıya qoyulan vəzifələrin və məqsədlərin həllinə çox böyük töhvələr verəcəkdir.Əslində mən vəzifəsini itirmiş insanları "kadrların vurulması" kimi qiymətləndirilməsinin əleyhinəyəm. Birmənalı qeyd edirəm ki, ölkədə hamı artıq çoxdan çox yaxşı bilir ki, ölkə rəhbəri üçün toxunulmaz heç kim yoxdur!Prezident İlham Əliyev bunu dəfələrlə öz çıxışlarında bəyan edib.Prezidentin bütün sahələrdə və məsələlərdə olduğu kimi kadr məsələlərində də nə qədər böyük iradə sahibi olduğunu ölkəyə rəhbərlik etdiyi bu 19 il müddətdə, dövrdə biz dəfələrlə müşahidə etmişik.Məhz bu səbəbdən hansısa kadrı vəzifəsindən və işindən uzaqlaşdırmaq xatirinə müəyyən bir qurumun,müəssisənin və ya handısa vəzifənin ləğv edilməsinə şübhəsiz ki, ehtiyac yoxdur.Odür ki,əmin olmaq lazımdır,bu gün kim isə tutduğu vəzifədə ona göstərilmiş etimadı doğrultmayacaqsa, möhtərəm Prezident onunla yollarını ayıracaqdır. Xalqımız İslahatları alqışlayır və bunun davamlı olacağına tam əmindir.Əminliklə qeyd edirəm ki,Konstitusiyada olunmuş dəyişikliklərə uyğun olaraq aparılan bu islahatlar,sonda çevik bir dövlət idarəetmə aparatının formalaşmasına və yerində, zamanında daha çevik qərarların qəbul olunmasına gətirib çıxaracaqdır.Hesab edirəm ki, struktur və kadr islahatları bundan sonrada məntiqi sonluğa qədər davam edəcəkdir.Bu islahatların sonrakı mərhələsinin bölgələrdə digər idarəetmə qurumlarında davam edəcəyi gözlənilir.
Sonda cari ildə Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsinin və bu tədbirdə dünyanın 65 ölkəsindən 450-dək fəal nümayəndənin gəlməsini və iştirakını ölkə rəhbəri İlham Əliyevin növbəti uğurlu addımı kimi dəyərləndirir və xalqımızın alqışlamasınıdiqqətinizə çatdırmaq istəyirım.Doğruanda tarixi Zəfərimizdən sonra bu tədbirin Şuşada, davamının 30 illik düşmən taptağında olan torpaqlarımızda keçirilməsi bütün dünyaya bir mesajdır.
Vüqar Məmmədov
YAP Saatlı rayon təşkilatı 15 saylı ərazi ilk partiya təşkilatının sədri