Ordumuzun yaradılmasının 104-cü ildönümü Qətiyyətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızda qeyd olunacaqdır

Gündəm / Siyasət
25-06-2022, 09:11 317



İlk olaraq,qürur hissi ilə qeyd edirəm ki, Xalqımız və Dövlətimiz, Milli Ordumuzun  104 il tarixi yol qət etməsinin,yəni yarandığı günü, böyük sevinclə işğaldan azad olunmuş torpaqlarımızda,Qarabağımızda qeyd etməyə hazırlaşır. Bəli, bu çox böyük Qələbədir və uğurdur!

Son 30 ildə birinci dəfədir ki, Azərbaycan xalqı öz şanlı Ordusunun yaşını,ad gününü qalib ölkə və onun vətəndaşları kimi qeyd edəcəkdir.Ölkəmizdə Silahlı Qüvvələrin yaranmasını şərtləndirən çox çətin tarixi şərait olmuşdur.Keçən əsrin sonlarına diqqət etsək,bunu aşikar görərik.Belə ki,onun formalaşmasında və inkişafında Azərbaycanın xilaskarı,ümummilli lideri Heydər Əliyevin əvəzsiz rolu danılmaz faktdır.Ulu öndər Heydər Əliyev dövlətçilik məktəbinin davamçısı,onun siyasi kursunun layiqli ardıcılı,Azərbaycan  Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin misilsiz səyləri ilə Ordumuzun möhkəmlənmə- si,müasirləşməsi,müasir texnika ilə təmin olunması, nəhayət dünyanın ən güclü ordularından birinə çevrilməsinin isə canlı şahidiyik.Ölkəmizin NATOnun Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində ölkə hərbi sisteminin NATO
standartlarına uyğunlaşdırılmasının həyata keçirildiyini, ölkəmizin NATO çərçivəsində müvafiq təlimlərdə o cümlədən sülhməramlı qüvvələrin
tərkibində iştirak etdiyini müşahidə etmək, ümumiyyətlə ölkədə hərbi sahədəki yüksələn xətlə inkişafı açıq-aydın görünürdü.Hərbçilərimizin dünyanın əksər inkişaf etmiş ölkələrində,Bu gün  Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır.2020-ci ilin iyununda yeni ərazilər işğal etmək niyyəti ilə bütün vasitələrdən istifadə etməklə müxtəlif istiqamətlərdən torpaqlarımıza hücum edən düşmənin silahlı birləşmələri ağır məğlubiyyətə uğradıldı. Müzəffər Azərbaycan Ordusu bu hücumun qarşısını qəhramanlıqla aldı.Əkshücum əməliyyatı üçün əmr verən Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətində dedi: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”. Ordumuz ölkə başçısı İlham Əliyevin bu sözlərini döyüşlərdə qələbələrlə təsdiqlədi,gücü, qüdrəti, mənəvi-psixoloji hazırlığı ilə. Nəticədə, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfər qazandı.Bu müharibə Azərbaycan
Ordusunun gücünü dünyaya nümayiş etdirdi.Biz Ordumuzla qürur duyuruq.Azərbaycan qüdrətli ölkədir və güclü ordusu var. Düşmənlərimiz bunu unutmasınlar!
Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq  Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Xalqımız bütün bunları həm ulu öndərin,həm də Ali
Baş Komandan, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi hazırki dövrdə görür və inanırdı ki, yaxın günlərdə Ermənistanın işğalı altında olan ərazilərimiz,Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə şücaətli ordumuz tərəfindən azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir. Mən böyük fəxr hissi ilə diqqətinizə çatdırıram ki,44 günlük Vətən müharibəsində canlarından keçərək şanlı zəfər tariximizi yazan Azərbaycan qəhrəmanları olan şəhidlərimizi və qazilərimizi qürurla anaraq, onları daima qəlbimizdə yaşadacaqdır. 44 günlük Vətən müharibəsindən sonrada Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu, müasirləşməsi prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır.Məlumunuz olduğu kimi 2020-ci ilin iyun ayında yeni ərazilər işğal etmək kimi məkirli niyyəti ilə bütün vasitələrdən istifadə edərək müxtəlif istiqamətlərdən torpaqlarımıza hücum edən düşmənin silahlı birləşmələri ağır məğlubiyyətə uğradıldı,Rəşadətli Ordumuz bu hücumun qarşısını böyük qəhramanlıqla aldılar.Və əkshücum əməliyyatı üçün əmr verən Ali Baş Komandan İlham Əliyev Xalqa müraciət etmişdir.Beləliklədə,
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində öz Ümummilli Zəfərini qazanmışdır.Fəxrlə qeyd edirəm ki,bu müharibə Azərbaycan Ordusunun gücünü dünyaya nümayiş etdirdi.Hələ bundan sonra uzun illər,əsrlər boyu 44 günlük Vətən müharibəsində əldə olunan hərbi nəaliyyətlər dünyanın böyük güc dövlətləri tərəfindən böyük maraqla araşdırılacaq, müzakirə olunacaq və bu müharibədəki taktiki gedişlər öyrəniləcəkdir. Həqiqətəndə qədirbilən xalqımız qətiyyətli Ali Baş Komandanımızla və Şanlı Ordumuzla qürur duyur. Ölkəmiz qüdrətlidir və hər gün inkişaf edən, müasirləşən güclü Ordusu var.

 Bir-neçə kəlmədə fürsətdın istifadə edib,oxuculara bildirmək istəyirəm ki,44 günlük Vətən müharibəsinə qədər olan,son 17 ildə Ali Baş
Komandan İlham Əliyev tərəfindən aparılan dinamik inkişafa söykənən islahatlar ,Silahlı Qüvvələrimizin təkmilləşməsi,müasir və beynəlxalq qaydalara, normalara uyğunlaşması, ümumiyyətlə ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işlər döyüş meydanında öz nəticəsini verdi.Ölkəmizdə Müdafiə sənayesinin sıfırdan qurulması və yaranması, ordunun müasir hərbi texnika və texnologiyalarla təchiz edilməsi ordumuzun pəşəkarlığını artıraraq dünyanın ən güclü orduları sırasında birinci 10-da yer almasına gətirib çıxartdı. Ordumuz öz gücünü döyüş meydanında açıq-aydın göstərərək düşməni 30 il ərzində qurduqları “topdağıtmaz müdafiə sədləri”ni və bu mifini darmadağın etdi.Qürurla qeyd edirəm ki, Ali Baş Komandan İlham Əliyevin orduya rəhbərlik etmək bacarığı,qabaqcadan uğurlu savaş planı hazırlayaraq düşmənin gözləmədiyi mövqələrdən hücüma keçməyimiz daha az itkilərlə qələbə çalmağımızın əsas səbəbi oldu. Bir daha əminliklə qeyd etmək istəyirəm ki, qədirbilən xalqımızın ən böyük uğuru Qətiyyətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuzun düşmən tərəfindən 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın 44 gün ərzində düşmən tapdağından azad edilməsi idi.Dünyanın bütün güc dövlətlərinə, dünyaya bir daha sübut olundu ki,Azərbaycan daima haqqın,ədalətin,sülhün tərəfindədir.Haqsızlıqla, ədalətsizliklə heç-vaxt barışmayıb və bundan sonra da barışmayacaqdır.Müasir və müstəqil Azərbaycanın memarı,bütün Azərbaycan Gənclərinin idealı Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Gününü azad olunmuş torpaqlarımızda da qeyd edilir.Bu münasibətlə Ali Baş Komandanımızı və Xalqımızı səmimi qəlbdən təbrik edirəm.

Vüqar Məmmədov
UNEC-in məzunu, Saatlı “Araz-Şöhrət” şirkətində direktor müavini