“Kontakt Home” köhnə məhsullar satır – “Şeş-Qoşa” layihəsi ifşa edildi – FOTO

Gündəm / Ölkə
Bu gün, 19:13 18

“Kontakt Home” mağazalar şəbəkəsi yenidən müştəri şikayətləri ilə gündəmə gəlib. Bizimesr.az xəbər verir ki, alıcılar mağazada satılan bəzi məhsulların öncədən istifadə edildiyini iddia edirlər.

Belə iddialardan biri Aybəniz Ramazanova adlı istifadəçinin sosial şəbəkədə paylaşımında yer alıb. O bildirib ki, “Şeş-Qoşa” kampaniyası çərçivəsində endirimlə aldığı telefonun artıq istifadə edildiyini sonradan aşkar edib.

Onun sözlərinə görə, cihazı aktiv edərkən son avtomatik yaddaş təmizlənməsinin 116 gün əvvəl – 9 dekabr 2025-ci ildə həyata keçirildiyi barədə bildiriş görünüb: “Sizin etdiyinizin adı nədir? Köhnə, işlənmiş telefonu kiməsə sırımaq nədir? Bu neçənci haldır? “Şeş-Qoşa” kampaniyası da ona görədir ki, köhnə telefonları satanda geri qaytarılma olmasın? Dünən hədiyyə üçün alınmış telefondur. Bu gün aktiv edəndə belə halla üzləşdik”.

Bizimesr.az