Bazar, 16 Mart 2025, 15:58:23  

Zəhər Mammed kimlərə və hansı vəzifəli şəxslərə arxalanır?

Gündəm / Aktual
26-06-2022, 11:54 177


Zəhər Mammedin qanunsuz hərəkətləri,ayrı-ayrı rayonlarda xüsusi ilə İmişli rayonunda dövlət hesablı kənd təsərrüfatlı təyinatlı kimyəvi maddələri və mineral kübrələri ata malı kimi satması ,saysız hesabsız obyektlərə,anbarlara,magazalara, yanacaqdoldurma məntəqələrinə sahiblənməsi faktı ilə baglı dəfələrlə yazılar vermişik.Əslində Zəhər Mammed,Məmməd Məmmədov Tovuz rayon İcra Hakimiyyəti Başcısı vəzifəsinə hələ 2017-ci ildə təyinat alsada Əvvələe dirüktoru oldugu "AQRO KİMYA" MMC-yə oglu Rəhmanı müdir təyin etdirir ,lakin kifayyər qədər kimyəvi maddələrin və kübrələrin satışında təcürbəsi oldugundan və həmin sahədə ogurluq,eləcədə qazancın fantastik olmasından "AQRO KİMYA" MMC-ni öz nəzarətində saxlayır və bir başa alveri özü edir.
Məmməd Məmmədov hələ 2021-ci ilin fevral ayında məndən 16500 manat pul alaraq İmişlidə qanunsuz fəaliyyət göstərən topdan satış bazasından 800 kisə "azot" kübrəsini və bundan başqa "korbomit" adlanan 70 kisə kübrəni mənə veməsini vəd etdi.
Təəsüfflər olsun ki Məmməd Məmmədov həmin ilin may ayının sonuna qədər vədinə əməl edə bilmədi və məndən aldıgı pulun 4000 manatını imişlidən olan əlaltısınin vasitəsi ilə qaytardı.Artıq həmin vaxtı kimyəvi maddələrin və kübrələrin qoyməti bahalaşmışdır.
Lakin Məmməd Məmmədov əvvəlki qiymətə ,pul aldıgı vaxtın məzənnəsi ilə 12500 manata mənə 600 kisə "azot"kübrəsi verəcəyinə yenidən vəd verdi.
Lakin 2022 ci ilin Fevral-May aylarında dəfələrlə mənə catacaq kübrəni almaga cəhd etsəmdə ,Məmməd Məmmədov müxtəlif bəhanələr və telefona cavab verməməklə vaxtı uzatdı.
Artıq dəfələrlə xəbərdarlıq edərək onlara söylədim ki Dövlət orqanlarına və hüquq mühafizə orqanlarına sizdən şikayət edəcəyəm.
Şikayətdən öncə Məmmədin yaxın qohumu Cahan Məmmədovla danışdım ki aramızda pislik olmasın, xoşluqla pulumu və mənə dəyən maddi ziyanı əldən cıxan faydanı ödəyin.
Məmməd Məmmədov mənimlə 2022 ci ilin ilk gününərində danışarkən qısa vaxt ərzində pulumu və maddi ziyanımı qaytarmasına söz verdi.Həmin vaxtdan iki gün kecdikdən sonra onun qara - kirli işlərinə rəhbərlik edən Hümmət adlı şəxs mənə zəng caldı və görüşmək təklif etdi.Görüş zamanı Hümmət mənə 5000 manat pul uzatdı və qalan 7200 manat barədə məlumatsız oldugunu və pulu ona Məmməd deyil Rəhman verdiyini söylədi.Mən həm7n pula etiraz etdim və Hümmət Rəhmanla telefon əlaqəsi saxladı və mənə dedi ki,30 dəqiqəyə məsələni həll edirəm.Bundan sonra Hümmət minik maşını ilə ofisdən cıxdı və ara bir mən zəng calanda mənə cavab versədə görüş ücün gəlmədi.Həmin günü gecə 11-00 qədər məni aldadı .Məmməd Məmmədovun mobil telefonunu yıgsamda acmadı ki onu məlumatlandıram.
Sabahı günü ,Hümmətin telefonları günorta saat 3-qədər sönülü oldu.Nəhayət Hümmət telefonu acdıqdan sonra məni yıgdı və Rəhmanın mobil telefonunu mənə verərək ona zəng etməyimi təklif etdi.Hümmət Məmmədə barışıq sənədini video cəkliş və notarius vasitəsi ilə vermədiyim halda mənə borcumu verməyəcəklərini bildirdi.
Mən Rəhmana zəng etdim amma Məmməd Məmmədovun oglu Rəhman dövlət orqanlarından cəkinmədiyini və kimə şikayət edirəmsə edim yolunu mənə göstərdi.
Hal-hazırda Məmməd Məmmədovun məni aldadması ilə baglı Korrupsiyaya qarşı mübarizə prokrorluguna və daxili işlər nazirliyinə şikayət etmişəm,araşdırma aparılır.
Məmməd Məmmədovun İmişlidə biznesinə və qara işlərinə rəhbərlik edən Hümmət adlı şəxs ifadə verməyə idarəyə dəvət oluan zaman Rəhman və Mammedin diktəsinə uygun ifadə verərək Məmməd Məmmədovu ilahiləşdirmiş və kübrə alverindən Zəhər Mammedin uzaq olmasını və mənim ona zor tətbiq etməyimə dair yalan izahatlar verməklə cirkin əməllərini üst-basdır etmişdir.
26.İyun 2022 ci ildə Hümmət mənə zəng edərək istehza və həqarətlə söylədi ki biz işimizi görmüşük pul ala bilməyəsən .lazım gəlsə səni məhv edərik.
Cox maraqlı məqamdır ki savadı olmayan Hümmət Həsənovu hüquqi baxımdan və vəziyyətdən cıxmaq ücün kim bu qədər maarifləndirib?
Prokrorluq orqanından törətdiyi əməllərə görə həmişə cəkinən bu şəxs korrupsiya idarəsindən( özünün deməsinə )cıxdıqdan sonra cox rahatlıqla "hər şeyi həll etdik" deməklə kimə arxalanır? kim onları arxayın salıb?

Mürşüd Mirzəyev.