İcra hakimiyyətində ƏMƏLİYYAT: Saxlanılanlar var (YENİLƏNİB)

Gündəm / Hadisə / Bölgə
4-10-2022, 18:12 63
İcra hakimiyyətində ƏMƏLİYYAT: Saxlanılanlar var (YENİLƏNİB)


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan birinin adı məlum olub. 

Bu, Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur.

***

15:57

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində bəzi vəzifəli şəxslər saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.