2 şirkət sahibi qardaşı oğlunu 16 min manat müqabilində hərbi xidmət yayındırıb? - "Nə xəstəliyi var ki? Turp kimi də oğlandır..."

Gündəm / Foto
11-10-2022, 14:40 216

Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin üzvü Rəşid Yasin oğlu Çulaqov qardaşı oğlunu pul müqabilində hərbi xidmətdən yayındırıb.

Tereqqi.az AzToday.az-a istinadla xəbər verir ki, belə bir iddia ilə jurnalist Həbib Müntəzir çıxış edib.

Onun sözlərinə görə, “Poliplast” və “Tuna” adlı şirkətlərin sahibi Rəşid Çulaqov bunun üçün 16 min manatından keçib:

Turqut Yalçın oğlu Çulaqov

“Bu şirkətlər hazırda kağız, qablaşdırma və plastik istehsalı sahəsində Azərbaycanın qabaqcıl müəssisələrindən biridir. İlham Əliyev Çulaqov Rəşid Yasin oğlunu “Tərəqqi” medalı ilə təltif edib. Onun, qardaşı oğlu olan Turqut Yalçın oğlu Çulaqovu 16 min manat müqabilində hərbi xidmətdən saxlatdırdığı deyilir.

Xaçmaz rayonunda qeydiyyatda olduğu üçün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rahim Əlifağa oğlu Ağayevdən soruşmaq lazımdır ki, bu qanunsuzluq necə baş verib? Bu sadəcə bir nümunədir, onlarla, yüzlərlə belə faktlar var”.

İş adamı jurnalistin ittihamlarının əsassız olduğunu yazıb. Onun sözlərinə görə, qardaşı oğlu Xaçmazda yox, Bakıda 2010-cu ildən qeydiyyatdadır:

“Hərbi qeydiyyatı da Xaçmazda yox, Bakıda olduğunu bilməliydin, xəstəliyini daha düzgün öyrənməliydin…”

Jurnalist isə Rəşid Çulaqovun sözlərinə reaksiya verərək bildirib ki, Turqut Çulaqovun Bakıda yaşadığını bilir:

“Qardaşınız və oğlunun Bakının Xətai rayonu, Araz Novruzov küçəsində yaşadığını bilirəm. Mənə nağıl danışmaq lazım deyil. Deyin görək necə hərbi xidmətdən yayındırmısız? Nə xəstəliyi var ki? Turp kimi də oğlandır.”