"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Gündəm / Sosial
Bu gün, 17:08
14
"Şikayətim 98 saylı usaq bağçasındandır". Bu barədə Leyla Türkmən adlı istifadəçi özünün sosial şəbəkə hesabındakı paylaşımında gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Mən övladımı dövlət məktəbəqədər təhsil müəssisəsinə elektron qeydiyyat vasitəsilə qeydiyyatdan keçirmişəm və övladım həmin bağçaya qəbul olunub.
Qəbul ilə bağlı bağçaya yaxınlaşdıqda mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir. Bildirildi ki, dövlət bağçasının tərkibində özəl (ödənişli) qrup fəaliyyət göstərir və həmin qrup üçün müəyyən məbləğdə ödəniş edilməlidir.
Dövlət məktəbəqədər təhsil müəssisəsinə elektron qaydada qəbul olunmuş uşağın hansı əsasla ödənişli qrupa yönləndirilməsi və dövlət bağçasının tərkibində bu formada ödənişli qrupun fəaliyyət göstərməsinin hüquqi əsasları mənə aydın şəkildə izah edilməyib.
Bununla əlaqədar olaraq, məsələnin araşdırılmasını, övladımın dövlət məktəbəqədər təhsil müəssisəsinə qəbulunun hansı əsaslarla ödənişli qrupla əlaqələndirildiyinin müəyyən edilməsini və həmin ödənişin hüquqi əsasının mənə rəsmi şəkildə bildirilməsini xahiş edirəm.
Həmçinin xahiş edirəm ki, dövlət bağçasına qəbul olunmuş uşaqlar üçün ödənişli qrupun seçilməsinin məcburi olub-olmaması və ödəniş etmədən dövlət hesabına fəaliyyət göstərən qrupda uşağın yerləşdirilməsinin mümkünlüyü araşdırılsın.
Məsələ ilə bağlı qanunvericiliyə uyğun tədbir görülməsini və nəticəsi barədə mənə yazılı məlumat verilməsini xahiş edirəm..."
Dia-az
