Sülhməramlıların daha 5 maşını aksiya ərazisindən keçib

Gündəm / Siyasət
25-01-2023, 23:59 93
Sülhməramlıların daha 5 maşını aksiya ərazisindən  keçib


Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 45-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Sülhməramlılara məxsus 5 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib.

Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 61 avtomobilinin maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.