"Özünü nazirdən yuxarı sanırdı..." - ETİRAZ
Gündəm / Sosial
Bu gün, 14:26
10
"Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov, nəhayət vəzifəsindən azad edilib. Artıq vəzifədə olmadığı üçün onunla bağlı bir xeyli məsələləri dilə gətirmək istəmirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında tanınmış jurnalist Məğrur Əli Polad qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Yəqin ki, müvafiq qurumlar araşdıracaq. Bircə faktı demək yetər ki, vəzifəsi birbaşa vətəndaşlarla, sahibkarlarla işləməyi tələb edən bu şəxslə görüşmək qeyri-mümkün bir hala dönmüşdü. Hətta qurumun Mətbuat xidməti ilə əlaqə saxlamaq ciddi bir problem idi. Adam bir PHŞ rəhbəri olsa da, özünü nazirdən yuxarı sanırdı. Yuxarı ona görə deyirəm ki, nazirlərin bir çoxu ilə insanlar görüşə bilir.
Ümid edək ki, yeni rəhbərlik daha əlçatan olacaq və bölgədəki sahibkarlar üçün uyğun şərtləri təmin edəcək..."
