Səfirliyimizə qarşı Tehranda olan hücum hadisəsi böyük təxribatdır !

Gündəm / Sosial
30-01-2023, 11:45 175

Prezident İlham Əliyev İran səfirliyimizə Tehranda baş verən hücumu qəti olaraq pisləyərək "terror aktının" araşdırılmasını və "terrorçuların" cəzalandırılmasını tələb edib.

Budur İranın bizə və dövlətimizə qarşı münasibəti !
İlk olaraq terrorun qurbanı olan qardaşımız, baş leytenant Orxan Əsgərova Allahdan rəhmət diləyir, qəbri nurla dolsun deyirəm.
Artıq bu qanlı terror hadisəsindən sonra açıq-aşikar məlum olur ki,İran müstəqil Azərbaycan dövlətini daima bu cür terror hadisələri altında saxlamağa çalışır. İran Respublikasında səfirliyimizin yüksək təhlükəsizliklə qorunduğunu düşünürdüm. Lakin artıq birmənalı demək istəyirəm ki, İranda nəinki Azərbaycanın, ümumiyyətlə heç-bir ölkə  səfirliyinin, diplomatik nümayəndəliyinin toxunulmazlığına zəmanət yoxdur.Bu gün İran öz xüsusi xidmət orqanları tərəfindən hazırlanmış hadisənin guya məişət zəminində baş verdiyini iddia edir,akin görünən dağa bələdçi gərək deyil.Bu hadisə açıq-aşikar onu göstərir ki,İranda ölkəmiz əleyhinə aparılan təbliğatın rolu çox böyükdür.Bu da İranın terrora dəstək verdiyini açıq-aşikar göstərir.Baş vermiş terror hadisəsi ilə başqa yollarla Azərbaycana təsir etmək istəyirlər.
İran Azərbaycana daima riyakarlıqla yanaşan, dost görünən,lakin dost olmayan ölkədir.Artıq əminik ki,bundan sonra da heç bir zaman dost olmayacaqdır! Düşünürəm ki, İranda baş verən bu terror aktını məqsədli şəkildə təşkil edən və həyata keçirənlər cinayət məsuliyyətinə  cəlb edilməli və barələrində ciddi qanuni tədbirlər görülməlidir.Bu məsələdə qarşı İran tərəfinə böyük məsuliyyət düşür.Belə ki, İranda amansızlıqla silahsız qardaşlarımıza olan bu hücum böyük təxribatdır.Görünən o ki, bölgədə gündən-günə güclənən və sülhü, əmin-amanlığı təbliğ edən Azərbaycanın mövqeyi İranı çox  narahat edir.Məhz buna görədə rəsmi Tehran bunu həzm edə bilmir.
Sonda bir daha kədərlə səfirliyimizin həlak olan əməkdaşı Orxanın ailəsinə və bütün xalqımıza başsağlığı verirəm, yaralanan iki əməkdaşına,qardaşlarımıza da tezliklə sağalmalarını arzu edirəm.


YAP Saatlı 15 saylı
ƏPT-nın sədri
Vüqar Məmmədov.