Tovuz RİH bir gündə eyni şirkətlə, eyni lot üzrə, beş müqavilə bağlayıb - İcazə verin, şübhələnək...
Gündəm / Cəmiyyət
28-02-2023, 11:22
145
Tovuz Rayon İcra Hakimiyyəti ötən ilin son aylarında elan etdiyi dövlət satınalmalarına dünən-23.02.2023-ci il tarixdə yekun vurub. Və bir şirkətlə eyni lot üzrə beş müavilə bağlayıb…
Tereqiq.az Yenixeber.org-a istinadən xəbər verir ki, bu dövlət qurumu “GÖYGÖL TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə Tovuz rayonunda yolların təmiri ilə bağlı bir gündə- 23.02.2023-ci il tarixdə müxtəlif məbləğlərlə (158392 AZN, 3407 AZN, 4969 AZN, 69375 AZN və 69374.98 AZN olmaqla) cəmi 305517.98 manatlıq olamqla beş müqavilə bağlayıb. Hərhalda İtisadiyyat Nazirliyinin Dövlət satınalmaları portalında belə göstərilir…
Maraqlıdır ki, eyni lot üzrə bir şirkətlə beş müxtəlif məbləğli müaqvilə bağlamaq hansı zərurətdən doğub və nə dərəcədə qanunauyğundur? Biz Yenixeber.org olaraq bu və digər faktlara Tovuz Rayon İcra Hakimiyyətinindən də mövqe öyrənmək istədik. Qurumun baş mühasibi Cahangir Məhərəmov bizimlə telefon söhbətində belə bir əməkdaşlığın olduğunu bildirsə də, suallarımıza aydılıq gətirmədi…Rabitəsiz, dolayı ifadələrlə, nəhayət təfərrüatdan məlumatsız olduğunu bildirməklə(?)
Maraqlıdır ki, bu məbləğdə satınalmanın qalibi olan “GÖYGÖL TİKİNTİ” MMC-nin nternet üzərindən heç bir əlaqə vasitəsinə rast ola bilmədik(?)
Mövzunun davamı olacaq.