"Kənan Əsədovun vəzifəsi dəyişibsə, qanunvericilikdə də dəyişiklik etməlidir?" - HƏQİQƏTƏN DƏ...
Gündəm / Sosial
Bu gün, 15:01
12
“LİON CENTRE” MMC-nin 2025-ci ilin may ve avqust aylarında idxal etdiyi malların rəsmiləşdirilməsi zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı Dövlət Gömrük Komitəsinə (DGK), eləcə də digər aidiyyəti dövlət orqanlarına dəfələrlə müraciət olunmuşdur.
"Dia-az"ın məlumatına görə, şirkətin rəhbəri Ramil Aslanov bildirib ki, təqdim etdikləri konkret faktlar və hüquqi arqumentlər indiyədək obyektiv və mahiyyəti üzrə araşdırılmayıb:
“Hər dəfə bizə formal, şablon və əsaslandırılmamış cavablar verilir. Müraciətlərdə göstərmişik ki, Gömrük Məcəlləsinin 221-ci maddəsinə əsasən, gömrük dəyərinə düzəliş üçün bildiriş bəyannamənin təqdim edildiyi andan ən geci 24 saat ərzində bayannamənin təqdim edilməli olduğu halda, 16.08.2025-ci il tarixli gömrük bəyannaməsi üzrə gömrük dəyərinə düzəliş üün bildirş 21.08.2025-ci il tarixində, yəni bəyannamə təqdim olunduqdan 5 gün sonra verilmiş, bununla da bu müddət tələbi kobud şəkildə pozulmuşdur”.
İş adamı əlavə edib ki, təkcə bu fakt məhkəməyə təqdim edilmiş materialların geri qaytarılmasına əsas ola bilər: “Bu fakt artıq mübahisə predmeti deyil və DGK-nin rəsmi cavab məktubunda da əksini tapmışdır. Lakin paradoksal vəziyyət ondan ibarətdir ki, sənədlərdə göstarilən pozuntu faktına hüquqi qiymət verilməmiş, məsuliyyət məsələsi araşdırılmamış, əksinə, həmin hərəkətlərə dolayı yolla haqq qazandırılmağa çalışılıb. Belə ki, DGK-nin aparat rəhbəri Kənan Əsədovun imzası ilə şirkətimizə gönderlən 22 iyul 2026-cı il tarixli məktubda 2025-ci ildə baş vermiş hadisə 2026-cı ildən qüvvəyə minmiş qanun deyişikliklərinə istinad edilərək qiymətləndirilib. Bu isə fundamental hüquq prinsiplərinin açıq şəkildə pozulmasıdır. Çünki sonradan qəbul edilmiş qanun norması əvvəlki dövrdə baş vermiş hadisələrə tətbiq edilə bilməz. Bu, artıq tək texniki səhv deyil, hüquqi müəyyənlik prinsipina zərbə vuran ve dövlət orqanlarına etimadı sarsıdan yanaşmadır”.
R.Aslanov bildirib ki, bir sıra tədbirlərdə və beynəlxalq müstəvilərdə , eləcə də Ümumdünya Gömrük Təşkilatının Baş katibi İan Sonderslə görüşdü Gömrük Komitəsinin inkişafı, sahibkarlara dəstək, ticarətin asanlaşdırı, ticarət zəncirinin təhlükəsizliyinə nail olma göstərilsə də, faktiki olaraq bu, həqiqəti əks etdirmir və vəziyyət tam əksinədir: “Real problemlər barədə heç bir söz deyilmir və tədbirlər görülmür. DGK-nin rəhbər şəxsləri bəlkə beynəlxalq təşkilatılara, xarici dövlət nümayəndələrinə reallığa uyğun olmayan fikirlər deyə bilərlər, amma realda əziyyət çəkən bizik, axı onlar kimi aldadırlar. İan Sondersi də aldadırlar? Gömrük Məcəlləsində gösterilir ki, gömrük sistemi vahid sistemdir. Belə ki, onun bütün subyektləri ilə bir yerdə Respublika ərazisində Gömrük Komitəsinin neçə subyekti varsa onların hamısında baş verən məsələlərə bir nöqteyi nəzərdən yanaşmaq lazmdrr. Lakin bunların hər ayrı olan subyekti ayrı-ayrı fikirlərlə yanaşır. Məsələn, mənim 01251000204009 saylı bəyannaməm üzrə Kənan Əsədov 2025-ci ildə baş verən hadisəni və müvafiq qanunvericiliyə uyğun olan araşdırmanı 2026-cı ildə qanunvericilikdə apanlan deyişikliyə uyğun yanaşma prizmasını tətbiq etmişdir. Mən Kənan Əsədovdan soruşumaq istəyirəm: 2025-ci ildə mənim 01251000204009 saylı gömrük bəyannaməm sistemə daxil olanda Kənan Əsədov rəsmi olaraq Komitəsinin Aparat rəhbərinin müavini vəzifəsini yerinə yetirirdi. Bu gün isə o aparatın rəhbəridir. Vəzifəsi dəyişibsə, qanunvericilikdə də dəyişiklik etməlidir? Və qanunun bu qədər geriyə oxunması nəyə lazımdır? DGK-nin Aparat rəhbərinin hadisəyə münasibəti belədirsə, görün bu sistemin adi əməkdaşlarılnın bu adi rəqəmlərə münasibəti necə olur? Mənim məqsədim Gömrük Komitəsini maarifləndirmək deyil. Sadəcə olaraq başımıza gələn hadisələri başqa cür ifadə edə bilmirəm”.
R.Aslanov Gömrük Komitəsinin adındna göndərilən sənədlərin yenidən araşdırılmasını tələb edib. O, üzləşdiyi məsələyə hüquqi qiymətin verilməsi və üzləşdiyi problemlərin həlli ilə bağlı dövlət rəhbərliyinə müraciət etdiyini əlavə edib.(Dia-az)
