Ukrayna Azərbaycandan KÖMƏK İSTƏDİ
Gündəm / Dünya
16-05-2023, 14:51
160
Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Azərbaycan Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında çıxış edib.
O, Rusiyaya aparılmış ukraynalı uşaqların ölkələrinə qaytarılmasına kömək etmək üçün Azərbaycana müraciət edib.
“Azərbaycana müraciət edirəm ki, Rusiyaya aparılmış ukraynalı uşaqların ölkəmizə qaytarılmasına kömək etsin. Ukraynanın suverenliyinə dəstəyə görə Azərbaycana təşəkkür edirəm. 20 min ukraynalı uşaq Rusiyaya zorla deportasiya edilib. Bu cinayət sənədləşdirilib və Beynəlxalq Cinayət Məhkəməsi cinayətkarların həbsinə order verib. Ona görə də Azərbaycana müraciət edirəm ki, bütün ukraynalı uşaqları evlərinə qaytarmaqda bizə kömək etsinlər”, - deyə Olena Kondratyuk vurğulayıb.