Sabiq deputat yol qəzasında ölən alimi qınadı – MƏSULİYYƏTSİZLİK EDİB VƏ BUNA GÖRƏ HƏKİMİN HƏYATINI MƏHV ETMƏK OLAR?

Gündəm / Mədəniyyət
18-11-2023, 05:01 3 814

Xəbər verdiyimiz kimi, Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisəni törədən Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə hadisə Arif Acaloğlunun yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.

Sosial şəbəkələrdə həlak olan alimin vaxtilə Elçibəyin müşaviri olması, elmi nailiyyətlərindən bəhs olunur və hadisəni törədən Azər Maqsudovun cəzalandırılması tələb olunur.

Gununsesi.info bildirir ki, sabiq deputat Gülər Əhmədova qəza törədən həkimin müdafiəsinə qoşulub.

Sabiq deputat deyir:

“Azər Maqsudov gənc yaşında, cavan, gözəl bir kişi ikən həyat yoldaşı vəfat etdi. 3 övladına həm ata oldu, həm ana.

Çox mədəni və bacarıqlı, təmənnasız bir həkimdir. Uzun illərdir Toksikologiya şöbəsində işləyir.

İndi, qanunsuz yerdən sürətlə şütüyən maşınların altına özünü atan 67 yaşlı alimə görə bu həkimin , gözəl insanın həyatını məhv etmək olarmı?

Nə olsun ki, vaxtilə Elçibəyin müşaviri olub? Nə olsun ki alimdir, türkçüdür, çox adam tanıyır və yazır?

Bəs bu yaşda bu boyda məsuliyyətsizlik etmək olar?
Özün bir yana, başqasının da həyatını, ailəsini bədbəxt etmək olar?

O həkim olmasın , siz olun!

O yolda maşın saxlamaq olar?

Hansı ağlın yiyəsi həmin yolu piyada keçmək istəyər”?

Turantv.az