Şəhid ailəsi diqqətsizlikdən giley edir - "31 ildir bu ailə..."

Gündəm / Hadisə
30-03-2024, 10:28 1 914
Şəhid ailəsi diqqətsizlikdən giley edir - "31 ildir bu ailə..."

"Aidiyyatı qurumlar bu dəfə də müraciətimə baxmasalar, mətbuat konfransı keçirəcəm."

"DogruXeber.az" xəbər verir ki, bu sözləri Cəbrayıl rayonunun Daşkəsən kənd sakini, şəhid Elçin Kərimovun atası Ataş Kərimov deyib.

Xatırladaq ki, şəhid Elçin Kərimovun 7 nəfərdən ibarət olan ailəsinin köhnə yataqxananın bircə otağında sığındıqları, həmçinin Bakıxanov qəsəbəsindəki şəhidlər xiyabanında uyuyan şəhidin məzar daşında böyük çatların yarandığı, uçub-dağılma təhlükəsi ilə üz-üzə olduğu barəsində dəfələrlə məlumatlar və görüntülər yayımlamışdıq.

Lakin, təəssüflər olsun ki, bundan sonra da hətta, nə Cəbrayıl rayonunun icra hakimiyyətinin başçısı Kamal Həsənovun, nə millət vəkili Ceyhun Məmmədovun, nə hazırda yaşadıqları Sabunçu rayonunun icra hakimiyyətinin başçısı Adil Vəliyevin, nə də Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbərinin "tükü tərpənmədi".

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - deyə şəhid ailəsi giley edir.

31 ildir bu ailə, eləcə də Ataş kişini bildirdiyinə görə, onlardan başqa da Cəbrayıl rayonundan olan bir neçə şəhid ailələri bu cür şəraitsiz, köhnə yataqxanada sözün əsl mənasında əziyyət çəkirlər.("DogruXeber.az")