İran-Azərbaycan münasibətləri dərin tarixi köklərə söykənən dostluğun təzahüridir

Gündəm / Cəmiyyət
22-05-2024, 11:02 1 914

Xalqlarımız eyni milli və dini adət-ənənələrə malikdir.Hər iki ölkə prezidentləri, həm Azərbaycan, həm də İran İslam Respublikasının rəhbərləri daim xalqların milli maraqlarından çıxış edərək siyasi iradə nümayiş etdirib və qarşılıqlı əlaqələrin genişləndirilməsini təmin etmişlər.Ölkələr arası rəsmi şəxslərin qarşılıqlı səfərləri intensiv olmuşdur.Qarşılıqlı olan bu səfərlər zamanı siyasi, iqtisadi, sosial və bir-sıra əlaqələrin inkişafı müzakirə olunur, konkret qərarlar qəbul edilmişdir.İxtisasım iqtisadiyyat olduğu üçün, iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi toxunmaq istəyirəm.Belə ki,ölkələrimiz arasında ikitərəfli münasibətlərdə iqtisadi əlaqələrin xüsusi rolu və çəkisi var.XX əsrin sonu, 1993-cü il tarixdən indiyədək iki ölkə arasında imzalanan yüzə yaxın sənədin əksəriyyəti iqtisadi münasibətləri əhatə etmişdir.
İran Azərbaycanın neft-qaz və neft-kimya

sənayesində, bu məhsulların ixracında, böyük məbləğdə sərmayə qoyuluşunda maraqlı olmuşdur.Şahdəniz üzrə hasilatın pay bölgüsü sazişində İranın NICO şirkəti 10 faiz paya malikdir.Ticarət, energetika, sənaye, tranzit və digər sahələrdə iki ölkə arasında mövcud iqtisadi münasibətlər bir-birini tamamlayır.1993-cü ildən isə Bank Melli İranın Bakı filialı fəaliyyət göstərməkdədir. Sevindirici haldır ki,bu gün ölkəmiz yürüdülən məqsədyönlü siyasətin nəticəsində bütün sahələrdə sürətlə inkişaf edir, müasirləşir,bütün dünyada baş verən inkişafdan geri qalmır. Qürurla qeyd edirəm ki, məhz bu inkişafın əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur, Suverenliyimizin qarantı və təminatçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdə bu siyasi kursu uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Müstəqil siyasət yürüdən Azərbaycan bu gündə, dünya dövlətləri ilə dostluq münasibətlərinə xüsusi önəm verir və əksər ölkələrlə əməkdaşlığı yüksək səviyyədə quraraq, davam etdirir.Eyni zamanda qeyd edim ki, ölkəmiz ilə dost münasibətlərində olan İran

dövləti ən böyük sərhədə malik olan qonşu dövlətdir.Əminliklə qeyd edirəm ki, əlaqələrimizin sıx, hər iki tərəf üçün səmərəli formada davam etməsi, rəsmi Bakı ilə Tehranın maraqlarına cavab verir.Hal-hazırda da dost və qonşu İran dövləti ilə ciddi iqtisadi əlaqələrimiz mövcuddur və bu əlaqələrdə getdikcə daha da güclənir.Belə ki, may ayın 19-da baş tutmuş görüşdə hər iki dövlət başçısı ölkələrarası münasibətlərin necə dərin və sıx olduğunu bir daha vurğulamışdı.Hər iki dost ölkə münasibətlərin yaxşı olması üçün real addımlar atmaqdadır. Doğrudan da görüş zamanı “Qız Qalası” hidroqovşağının açılışı və su tutumu 1.6 kubmetr olan “Xudafərin” hidroqovşağının istismara verilməsi böyük tarixi hadisədir.Dost və qonşu dövlət olan İranın bu layihələri ərsəyə gətirmək üçün böyük imkanları var və göründüyü kimi bu layihə böyük bilik və təcrübə tələb edir. Bunların həyata keçməsi qonşu İranla dostluğumuzun növbəti təzahürü kimi dəyərləndirilə bilər. Tariximizin qədim olmasından gələn qarşılıqlı anlaşma və bir-birimizə dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş

razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızdada öz əksini tapacaqdır.
Məhz bu layihə-lərin həyata keçirilməsi bir daha onu göstərir ki, iki qonşu və dost ölkə, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirəcəkdir.Bölgənin ictimai-siyasi sabitliyi üçün, ümumiyyətlə təhlükəsizlik baxımından İran-Azərbaycan dövlətlərinin dostluğu və qardaşlığıda çox önəmli amildir. Sözlərimi ölkə rəhbəri, Prezident İlham Əliyevin qonşu, dost ölkə İran İslam Respublikasının prezidenti ilə görüşü zamanı dediyi sözlərlə yekunlaşdırmaq istəyirəm;
“Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb”.Məhz bu da İran-Azərbaycan münasibətlərinin dərin tarixi köklərə söykəndiyinin açıq göstəricisidir.

Vüqar Məmmədov
YAP Saatlı rayonu 15 saylı ƏPT-nın
sədri .