Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var

Gündəm / Hadisə
Bu gün, 16:36 13

Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qadın sürücünün idarə etdiyi 10 VG-434 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü ilə yanaşı, avtomobildə olan qızı və azyaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.(Oxu.az)