İrəvan sülh sazişini imzalamağa hazırdır - Simonyan

Gündəm / Dünya
5-07-2024, 15:09 319
İrəvan sülh sazişini imzalamağa hazırdır - Simonyan

Sülh müqaviləsinin imzalanmasında Ermənistan tərəfindən heç bir gecikmə yoxdur.

Bunu iyulun 5-də ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə İrəvandakı görüşdən sonra Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
“Biz sazişi imzalamağa hazırıq, deyə bilərik ki, top Azərbaycan tərəfindədir”, - Simonyan deyib.
Demarkasiya komissiyalarının reqlamentinə dair razılaşmaya gəlincə, spiker bildirib ki, proses davam edir: "Ümid edirik ki, bu sahədə uğur əldə olunacaq".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə demişdi ki, Ermənistan Konstitusiyası dəyişdirilmədən sülh sazişi imzalanmayacaq.

Ermənistanın baş naziri Paşinyan iyulun 5-də Konstitusiya Günü münasibətilə xalqa təbrikində bildirib ki, “Ermənistana yeni Konstitusiya lazımdır”.