“Deluxe Residence” 5 nəfərlə məhkəmə çəkişməsində – məşhur firma nə istəyir?

Gündəm / Sosial / Aktual
2-11-2024, 16:05 377

“Deluxe Residence” MTK 5 nəfəri məhkəməyə verib. Tribunainfo.az bildirir ki, şirkət Bakı Apelyasiya Məhkəməsində mənzil mübahisəsi ilə bağlı iddia qaldırıb. İş üzrə Rəsmiyyə Hüseynova, Təhmaz Dadaşov, Dinara İsrafilova, Əjdər Dadaşov və Ramiz Hüseynov cavabdeh tərəflərdir. İşə hakim Fuad Talışinski sədrlik edib. Bu şirkət bir neçə dəfə medianın gündəminə gəlib. Bu ilin iyulunda isə vətəndaşların evlərini qanunsuz sökməklə narazılıq yaradıb.