İcra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Gündəm / Aktual
30-11-2024, 15:20
305
Naxçıvan Şəhər İcra Hakimiyyəti "SPC” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət icra hakimiyyətinin Naxçıvan şəhər küçələrinin işıqlandırılması üçün işıq dirəklərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub.
Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 601 531,99 manatdır.
Açıq mənbələrdə bu şirkət haqqında heç bir məlumat yoxdur. Hətta Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında da "SPC” MMC barədə hər hansı bir qeyd yoxdur.