Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb

Gündəm / Hadisə
Dünən, 19:01 14

Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Qurbanov İslam Vahid oğlu hamamda dəm qazından boğularaq ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.