Azərbaycanın məşhur su şirkətində YENİ TƏYİNATLAR - SİYAHI

Gündəm / Sosial
Bu gün, 17:46 14

Azərbaycanın su mühəndisliyi şirkəti olan “Aqualink”də yeni təyinatlar baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Qismət Abbasov İdarə Heyəti sədrinin müşaviri, Əfsanə Musayeva Ümumi işlər şöbəsinin müdiri və Abbas Nəzərov isə Satış direktoru müavini vəzifəsinə təyin ediliblər.

Q.Abbasov bu təyinatdan əvvəl “Arash Company”də xidmət dəstəyi üzrə direktor vəzifəsini icra edib. Bundan əvvəl isə “ALCO” şirkətinin İdarə Heyətinin üzvü, strateji inkişaf və innovasiyalar üzrə direktoru, daha əvvəllər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Sorğu, Müfəttişlik və Monitorinq Departamentinin direktoru, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda Strateji təhlil və beynəlxalq əməkdaşlıq departamentinin direktoru, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində Qeydiyyat və sahibkarlıq xidmətləri departamentinin müdir müavini vəzifələrində çalışıb.

Ə.Musayeva 2022-ci ildən bu şirkətdə çalışır. O, bundan əvvvəl tender üzrə mütəxəssis və inzibati menecer vəzifələrində fəaliyyət göstərib.

A.Nəzərov isə bundan əvvəl Gürcüstanın Tbilisi şəhərində fəaliyyət göstərən “Technology Equipment Geo” şirkətinin təsisçisi və direktoru olub.

Daha əvvəllər isə “Azərtexnolayn” MMC-də xarici satış üzrə rəhbər, “Texnologi Avadanliq” şirkətində əvvəlcə layihə meneceri, icraçı direktor, “ATF Walnuts” şirkətində baş direktor və s. vəzifələrdə fəaliyyət göstərib.

Qeyd edək ki, Azərbaycan brendi “Aqualink” 2010-cu ildən fəaliyyət göstərir. Dünyanın 50-dən artıq qabaqcıl su mühəndisliyi və kimya şirkəti ilə eksklüziv tərəfdaşlığa malik olan şirkət indiyədək 200-dək iri layihə həyata keçirib və bir çox layihələrdə tərəfdaşlıq edib.

Xatırladaq ki, daha əvvəl Rəşad Hüseynli “Aqualink Azerbaijan” MMC-də kommersiya direktoru vəzifəsinə təyin olunmuşdu.