Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
Gündəm / Sosial
25-12-2024, 15:49
88

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənəddə qeyd olunub ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilsin.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub.
Son məlumata görə, 32 nəfər sağdır.