Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...

Gündəm / Sosial
4-01-2025, 14:50 46

Qazax rayon icra hakimiyyətində SARAYDAXİLİ ÇƏKİŞMƏ yaşanır. Bu barədə "Dia.az"a rayondakı qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, başçının birinci müavini Məmməd Alıyev, Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşova açıq-aşkar cəbhə açıb.

İddia olunanlar: "Bu gün hər kəs yaxşı bilir ki, Qazaxda çevrilən bütün oyunların arxasında Məmməd Alıyev dayanır. Onu "başçının qara kassası" da adlandırırlar. Amma əslində birinci müavin öz oyununu oynayır və aşkar şəkildə deyir ki, əgər günlərin birində "qara maskalılar" rayona təşrif buyurarsa, məmuniyyətlə Rəcəb Babaşovu ifşaya hazırdır..."

Mənbə iddia edir ki, bu "könüllü əməkdaşlığın" arxasında həm də Alıyevin karyera planları dayanır: "Məmməd Alıyev çoxdandır rayona başçı təyin olunmaq istəyir. Ona görə də keçmiş vergi işçisi olan Babaşova qarşı bu günə qədər yetərincə kompramata malik olduğunu iddia edərək yaxın günlərdə real hərəkətə keçə biləcəyini də yaxın ətrafına bəyan edib..."(Dia.az)

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...