Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Gündəm
6-02-2025, 20:34
858
Xəbər verdiyimiz kimi, Lənkəranda ötən gündən etibarən yağan güclü yağış bir sıra fəsadlara yol açıb, şəhər mərkəzi ilə yanaşı, əksər kəndləri su basıb.
Yağış nəticəsində köhnə Ələt-Astara yolu da suyun altında qalıb.
Bu isə həmin istiqamətdə hərəkət edən avtomobillərə çətinlik yaradıb.
Həmin anı görüntüləri sosial şəbəkələrdə yayılıb.