"Doğtaş" şirkətinin dövlətə borcu iki dəfə artdı / FOTOFAKT

Gündəm / Sosial
Dünən, 18:04 364

Xəbər verdiyimiz kimi, "Doğtaş" MMC-nin dövlətə vergi borcu yaranıb.

Sözügedən şirkətin borcu daha da artıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkətin dövlətə vergi borcu iki dəfədən çox artaraq 73411.41 AZN olub.

Qeyd edək ki, DOĞTAŞ MMC-nin vergi borcu ötən ay 31.497 AZN idi.

Şirkətin məlumatında qeyd edilib ki, DOĞTAŞ MMC AZƏRBAYCAN 2008-ci ildən etibarən Azərbaycanda, Bakıda 4 Doğtaş və 3 Kelebek mağazası ilə fəaliyyət göstərir.

Doğtaş Mobilya Türkiyənin ən böyük mebel istehsal edən şirkətlərindən biridir.

32gun.az