Adil Əliyevi maraqlandırmayan QALMAQAL: məcburi köçkünə sahib duran yoxdur -VİDEO

Gündəm / Sosial
17-04-2025, 16:04 400


Suraxanı rayon Qaraçuxur qəsəbəsi Muxtar Fətəliyev 15 ünvanda 1993-cü ildən yaşayan ailə məhkəmənin qərarı ilə yaşadığı ünvandan çıxarılıb.

Dosye.org-a şikayət qismində müraciət edən Ocağova Əminə bildirir ki, heç bir səbəb olmadan 6 nəfər ailə tərkibli Azərbaycan vətəndaşı və eyni zamanda Ağdam rayonundan olan məcburi köçkün kimi qeydiyyatda olsaqda bizi yaşadığımız evdən çıxartdılar.

Şikayətçi daha sonra əlavə edir ki, yağışlı havada ev əşyaları və ailəsi ilə birgə küçədə qalıblar. Suraxanı rayon icra hakimiyyətindən və sigər qurumlardan heç kim 6 nəfərlik ailə ilə maraqlanmayıb.

Burdan rayonun icra başçısı Adil Əliyevə səslənərək bildirmək istəyirik ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamına diqqət yetirsəydi sevinərdik. Həmçinin məhkəmə strukturlarını təmsil edən möhtərəm hakimləri də diqqətli olmağı və məsələyə yenidən baxmağı tövsiyə edirik.

İşğaldan azad olunan Ağdam şəhəri tam bərpa olduqdan sonra təbii ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq. Bunu istəsək də istəməsək də…

Lakin belə bir məqamda ölkə vətəndaşına qarşı amansız davranmaq bir başa dövlətə və dövlət başçısına qarşı təxribatdır.

1993-cü ildən Ağdam rayonundan qaçqın gələn bir ailəyə qarşı sədaqətli və təmkinli davranmaq bir başa məmurlar üçün şərəf hesab edilməlidir. Əlbətdə ki, qalib ölkənin vətəndaşları ən yüksək səviyyədə yaşamağa qadirdir.

Təəssüf hissi ilə qeyd etməliyik ki, prezidentin səlahiyyətli nümayindəsi, Suraxanı RİH başçısı Adil Əliyev üçün belə bir qalmaqallı məsələ maraqlı deyil. Araşdırmalarımız davam edir. Mövzü diqqətimizdədir.
Adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org

Video Oynadıcı My Webpage