Rauf Vəliyevin QSC-si buna görə cərimələnə bilər – DETALLAR
Gündəm / Sosial
Dünən, 11:24
24
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC icra məmurunun tələblərinin yerinə yetirmədiyi üçün barəsində cərimə protokolu yazılıb.
QSC-nin İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 528.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
QSC ilə bağlı işə 30 may tarixində Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Göyüş oğlu Vəliyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Tribunainfo.az