“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı

Gündəm / Sosial
Dünən, 18:21 18


“Zeytun Pharma” dərman firması və apteklər şəbəkəsi ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Firmanın aptek təşkilatlarına dair tələbləri pozduğu məlum olub. Belə ki, “Zeytun Pharma” İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 452.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

“Zeytun Pharma” ilə bağlı bu gün növbəti proses keçirilib. Prosesin nəticəsi olaraq “Zeytun Pharma” ilə bağlı inzibati tənbeh tətbiq edilib.

Qeyd edək ki, “Zeytun Pharma” MMC şirkətinin rəhbəri Bəhruz Şirəliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq

XALQ