“Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

Gündəm / Sosial
Bu gün, 08:56 13

Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva vətəndaşlara külli miqdarda ziyan vurub?

Bu barədə Xalq-a şikayətlər daxil olub.

Şikayətçinin sözlərinə görə, ümumilikdə 10-12 nəfər zərərçəkmiş adamın olduğu məlumdur.

“Tək məndən 1025 manat pul alıb, digər şəxslərdən alınan vəsait isə daha böyükdür. 12 min manat, 7 min manat və s. Araşdırmalardan sonra müəyyənləşdirdik ki, Səbiyyə Panəliyeva heç vəkil də deyilmiş. Zərərçəkmişlərin bir hissəsi rəsmi şəkildə də şikayət ediblər.

Mənim bank problemlərim var idi hüquqi yardıma ehtiyacım oldu, “İnstagram” sosial şəbəkəsində “bhkm_huquq_merkezi” adlı səhifə qarşıma çıxdı, onlara müraciət etdim. 1025 manat pulumu alsa da, faktiki heç bir iş görmədi. Hər yerə şikayət etmişik, bir dur deyən yoxdur, yenə də vətəndaşları aldatmağa davam edir”.

Digər bir şikayətçi isə Səbiyyə Panəliyeva tərəfindən 3100 manat aldadıldığını bildirir.

“Bizə viza lazım idi, bunun üçün Səbiyyə Panəliyeva müraciət etdik. 3100 manat da ödəniş etdik, lakin sonradan aldadıldığımızı anladıq, hazırda isə bir çox yerlərə şikayət etmişik. Pulumuzu ala bilmirik”.

Digər şikayətçi isə Daşkəsən rayon sakinidir. Onun sözlərinə görə, özünü hüquqşünas vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva 6120 manat pulunu mənimsəyib.

“Mənim bank işlərimə kömək edəcəyini vədd etmişdi, sonra məlum oldu ki, ümumiyyətlə vəkil deyil, Sonradan rəsmi şikayət etdik, pulu geri qaytaracağına söz versə də, hər gün bir bəhanə ilə bizi aldadır”.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasından bildirilib ki, barəsində şikayət olunan Panəliyeva Səbiyyə İlham qızı Vəkillər Kollegiyasının üzvü deyil.

Şikayətlərlə bağlı Səbiyyə Panəliyeva  ilə əməkdaşımız əlaqə saxlayıb, o bütün şikayətləri inkar etdi.

Lakin şikayətçilərdən verilən məlumatlarda pulları aldığını etiraf edib və qaytarılması üçün zaman istəyib deyə məlumada qeyd olunur.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirib ki, vətəndaş Səbiyyə Panəliyeva tərəfindən bir neçə şəxsin hüquqazidd hərəkətlərə məruz qalması barədə ayrı-ayrı rayon polis orqanlarında müraciətlər var. Hazırda həmin müraciətlər əsasında araşdırmalar aparılır.(Xalq.online)