Nizami rayonunda uşaq parkı zülmət içində – Video
Gündəm / Sosial
Bu gün, 09:37
136
Nizami rayonu, Tofiq Abbasov 39 ünvanında yerləşən uşaq parkı zülmət içində qalıb.
Sözügedən ünvanda yerləşən park uzun müddətdir abadlaşdırılsa da, parkda işıqlandırma yoxdur. Sakinlər bildiriblər ki, parkda axşam saatlarında gəzmək, oturmaq mümkün deyil. Çünki göz-gözü görmür.
Sakinlərin sözlərinə görə, park hava qaraldıqdan sonra uşaq parkı yox, qorxulu məkana çevrilir:
“Hava adətən qaranlıq düşəndən sonra sərinlənir. Çoxu axşam saatlarında parka düşüb istirahət etmək istəyir. Qaranlıqda da bu mümkün olmur. Günəş batan kimi park qaranlıqlaşır. Nə uşaqlar oynaya bilir, nə sakinlər dincələ”.
Sakinlər abadlaşdırılan parkın tezliklə işıqlandırılmasını tələb edirlər.(Tribunainfo.az)