İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
Gündəm / Siyasət
9-08-2025, 09:04
599

Azərbaycan Prezidenti İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Amerika lideri Donald Trampa minnətdarlığını bildirib.
Bunu Azərbaycan Prezidenti Vaşinqtonda ABŞ və Ermənistan liderləri ilə görüşdə çıxışı zamanı deyib.
"Uzun illər əvvəl Azərbaycana tətbiq edilən “907-ci düzəliş”in bu gün ləğv edilməsinə görə sizə təşəkkür edirəm. Bu gün həqiqətən Azərbaycan xalqının yaddaşına həkk olunacaq", - İlham Əliyev deyib.