Hakan Fidan sülh sazişinin paraflanması barədə - “Məlumatımız var idi”

Gündəm / Siyasət
9-08-2025, 16:17 497
Hakan Fidan sülh sazişinin paraflanması barədə - “Məlumatımız var idi”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması barədə açıqlama verib.

Hakan Fidan bu barədə Qahirədə misirli həmkarı ilə mətbuat konfransında bəhs edib.

“Bizə əvvəlcədən məlumat verilmişdi, əldə edilən sülh vacibdir. Azərbaycan öz mübarizəsi ilə torpaqlarını azad etdi. İşğalın sona çatması sülhü zərurətə çevirdi. Qafqazda əldə olunan razılaşma mühüm hadisədir”, - türkiyəli nazir qeyd edib.