Azərbaycanın dövlət suverenliyinin bərpası, Konstitusiyanın təkmilləşdirilməsi zərurəti yaradır
Gündəm / Cəmiyyət
22-09-2025, 17:50
2 898

İlk olaraq burdan başlamaq istəyirəm ki, Azərbaycanın Konstitusiyasına dəyişikliklərin edilməsi yalnız hüquqi zərurət deyil, eyni zamanda da dövlətçilik məntiqinin tələbidir . Azərbaycanın dövlət suverenliyinin tam bərpası ölkənin siyasi, hüquqi və inzibati sistemində yeni mərhələ açmışdır. Düşünürəm ki, bu reallıq həm dövlət idarəçiliyində, həm də qanunvericilik bazasında müəyyən dəyişikliklər edilməsini zəruri edir. Bu addım həm daxili idarəçilik sisteminin, həm də beynəlxalq münasibətlərdə ölkənin mövqeyinin möhkəmlənməsinə xidmət edəcəkdir. Müstəqil ölkəmizin dövlət suverenliyinin tam bərpası, müasir tariximizin ən mühüm siyasi-hüquqi nailiyyətlərindən biridir. Bu hadisə yalnız ərazi bütövlüyümüzün təmin olunması ilə məhdudlaşmır, həm də milli dövlətçiliyimizin hüquqi əsaslarının yeni reallıqlara uyğunlaşdırılmasını zəruri edir. Birmənalı olaraq qeyd etmək istəyirəm ki, Dövlət suverenliyi hər şeydən əvvəl hüquqi kateqoriya olmaqla, onun təsbit və qorunma mexanizmləri ölkənin ali hüquqi aktı olan Konstitusiya ilə müəyyənləşdirilir. Hazırda yeni geosiyasi və hüquqi reallıqlar da bunu tələb edir. Vurğulamalıyam ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması regionun siyasi xəritəsini dəyişmişdir. İşğaldan azad olunmuş ərazilərdə dövlət idarəçiliyinin bərpası, yerli özünüidarəetmə institutlarının formalaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının təminatı hüquqi baxımdan mövcud Konstitusiyada dəqiqləşdirilməyə ehtiyac yaradır. Bu, həm də beynəlxalq hüququn əsas prinsipləri – suverenlik, ərazi bütövlüyü və dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinin daha aydın ifadəsini tələb edir. Konstitusiyanın yenilənməsi bir neçə mühüm istiqamətdə aktuallıq kəsb edir.Demək istəyirəm ki, dövlət suverenliyimizin tam bərpası yalnız siyasi deyil, həm də hüquqi baxımdan yeni mərhələ açmış-dır.Beləliklə bu mərhələdə Konstitusiyanın yenilənməsi, onun müasir çağırışlara cavab verən normativ-hüquqi baza ilə zənginləşdirilməsi dövlət idarəçiliyinin səmərəliliyini artıracaq, ölkədə hüquqi sabitliyi möhkəmləndirəcək və Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirəcəkdir. Dövlət Təhlükəsizliyi, milli təhlükəsizlik və müdafiə institutlarının daha güclü hüquqi əsaslarla təsbiti barədə qeyd etmək istədiyim məqamlar var.Belə ki , Prezident İlham Əliyevin qətiyyətli liderliyi,rəhbərliyi ilə həyata keçirdiyi uğurlu siyasət bu sahədə həm konseptual,həm də praktiki baxımdan yeni keyfiyyət mərhələsi yaratmışdır. Ölkə başçısı İlham Əliyev milli təhlükəsizliyin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atmışdır. Konstitusiyanın müvafiq müddəalarının icrası, milli təhlükəsizlik konsepsiyasının qəbul olunması, qanunvericilikdə terrorizmə, separatizmə və cənab Prezidentin şəxsən öz təşəbbüsü yaranan xüsusi idarə kibertəhlükəsizliyə qarşı mexanizmlərin təkmilləşdirilməsi dövlətin hüquqi müstəvidə daha dayanıqlı müdafiə imkanlarını formalaşdırmışdır.Bu son 20 ildə Azərbaycan Ordusunun gücləndirilməsi dövlət siyasətinin strateji prioritetinə çevrilmişdir. Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan regionun ən güclü ordularından birinə sahib olmuşdur. 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri göstərdi ki, dövlətin təhlükəsizlik strategiyası real hərbi-siyasi nəticələr doğurur. Bu da Konstitusiyada dövlətin müdafiə funksiyalarının praktiki reallaşmasının bariz nümunəsidir. Milli təhlükəsizlik yalnız daxili müdafiə tədbirləri ilə məhdudlaşmır, həm də beynəlxalq səviyyədə sabit əməkdaşlıq tələb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional təhlükəsizlik təşəbbüslərinin mühüm iştirakçısına çevrilmiş, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda ölkənin maraqlarını uğurla müdafiə etmişdir.Sonda qeyd edim ki, Azərbaycan Respublikasının ümumi Konstitusiyasında da analoji dəyişikliklərin həyata keçirilməsi dövlət-hüquqi məntiqin təbii nəticəsi kimi çıxış edir.Xüsusi vurğulayıram ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin milli təhlükəsizlik siyasətinin əsas xüsusiyyəti onun strateji uzaqgörənliyidir. O, hərbi gücün artırılmasını yalnız təhlükəsizlik məsələsi kimi deyil, həm də dövlət suverenliyinin və müstəqilliyin təminatçısı kimi qiymətləndirmişdir. Bu baxımdan, dövlət təhlükəsizliyinin hüquqi əsaslarla möhkəmləndirilməsi Azərbaycan Konstitusiyasının gələcəkdə təkmilləşdirilməsi üçün də mühüm məqam hesab oluna bilər. Beləliklə, dövlət suverenliyinin bərpası təkcə siyasi və hərbi qələbə deyil, həm də hüquqi sistemin yenidən qurulması üçün obyektiv zərurətdir. Azərbaycan Konstitusiyasının təkmilləşdirilməsi bu reallıqların hüquqi müstəvidə təsbitini təmin və milli Suverenliyimizin davamlılığını təmin edəcəkdir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayonu 15 saylı Ərazi Partiya Təşkilatının
sədri Vüqar Məmmədov.