Zəfər Tarixini yazanlardan biri- qubalı Ruslan Bayramov

Gündəm / Cəmiyyət
25-11-2025, 22:19 471

Şəhid Ruslan Bayramovun əziz xatirəsi onun dəfn olunduğu gün- 14 noyabrda hər il kənd ictimaiyyətinin,Quba rayonunda yaşayan 2- ci Qarabağ müharibəsinin şəhid valideynləri,qazilər,təhsil aldıği məktəbin müəllim - şagird kollektivi,həmçinin Quba İH- nin,YAP Quba rayon təşkilatının məsul şəxsləri iştirak edirlər.Bu il də Zəfər günün 5 illiyi münasibətilə şəhidin məzarı üstündə geniş tərkibdə bir Anım tədbiri keçirilib,məzarı üzərinə əkliklər və al qərənfillər düzülüb.Həm şagirdlərin,həm məktəbin pedaqoji kollektivinin üzvləri və diqər qonaqlar Ruslanın döyüş yolunda göstərdiyi igidlikdən geniş danışmış və maraqlı kompozisiya ilə çıxış etmişlər.
Tədbirin sonunda şəhidin böyüyüb başa çatdığı evində ehsan verilmişdir Fürsətdən istifadə edib şəhidin evində onun üçün yaradılmış xatirə guşəsinə baxış keçirdim,valideynlərinin maraqlı və qürurverici söhbətlərini dinlədim,şəhidin həyat yoldaşının və qardaşı Ziya şəhid haqqında xatirələrini danışdılar Bu ailədə şəhidin yeganə qızı böyüyür və kənd məktəbinin 2- ci sinfində təhsil alır.Gözəl fidan balamız dərs əlaçısıdır.
Sağollaşıb çıxarkən daxilimdən gələn bu sözləri daha qürurla söylədim: başınızı tik tutun şəhid ata- anası,sizin Ruslan kimi igid bir oğlunuz vardır.İndi onu bütün Azərbaycan tanıyır,yad edir və edəcəkdir!
Məkanın cənnət olsun,igid şəhid Ruslan