İcra hakimiyyətlərinin milyonluq tenderlərini udan şirkət sənədləri saxtalaşdırırmış - TƏFƏRRÜAT

Gündəm / Sosial
Bu gün, 15:10 17
İcra hakimiyyətlərinin milyonluq tenderlərini udan şirkət sənədləri saxtalaşdırırmış - TƏFƏRRÜAT

Azərbaycanda daha bir şirkət – “Dream Construction Company” MMC (VÖEN – 1402827641) etibarsız təchizatçıların reyestrinə daxil edilib.

“Dream Construction Company” MMC sənədləri saxtalaşdırdığı üçün bir il müddətində – 24.02.2026-cı ildən 24.02.2027-ci il tarixinədək satınalmalarda iştirak edə bilməyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 5 515 manat olan MMC 2014-cü ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Heydər Əliyev prospekti, ev 152-də yerləşən MMC-nin qanuni təmsilçisi Cavadov Cavad Elman oğludur.
Onu da bildirək ki, “Dream Construction Company” MMC əsasən yerli icra hakimiyyətlərinin keçirdiyi tender müsabiqələrində qalib olub. Təkcə ötən il 2 milyon 961 min 891 manat dəyərində 13 tender müsabiqəsinin qalibi olub. 2024-cü ildə isə 8 milyon 732 min 135,6 manat dəyərində tender müsabiqələrində qalib gəlib.
Şirkət daha çox Sumqayıt və Ağdam rayon icra hakimiyyətlərinin keçirdiyi tenderlərdə qalib olub.

Yeniavaz.com